HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
Belə bir deyim var:”Adam var ev üçün,adam var el üçün doğulur.”Deyirlər Ulu Tanrı bəşər övladının düçar olduğu sıxıntıdan,üzləşdiyi bəladan xilas olması üçün hər əsrdə ona bir dahi şəxs bəxş edir.Bu baxımdan Azərbaycan xalqı Tanrıya daha yaxın olan xalqdır.Allahın bu millətə bəxş etdiyi belə bir dahi Heydər Əlirza oğlu Əliyevdir.
Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan idi.
Heydər Əliyev Azərbaycan tarixinin tək-tək dahilərinə,böyük dövlət xadimlərinə nəsib olan əvəssiz işlər görmüş,doğma Azərbaycanımız naminə misilsiz fəaliyyət göstərmişdir. Tarix bu şəxsiyyəti işini, əməllərini, özü-öz səhifəsinə yazaraq yetişən nəsillərə məğrurluqla çatdıracaqdır.
İnsan var, saniyə buraxmır hədər,
İnsan var, keçirir zaman,dolanır.
İnsan var, düşünür gələn illəri,
İnsan var,eyləyir güman dolanır.
Məhz H.Əliyev saniyə və dəqiqəsini hədər verməyən,uzun illəri öncədən görüb dərk edən əvəzsiz tarixi şəxsiyyət idi.O,milli tarixmizdə özünə xas yer tutan nadir simalardan idi. XX əsrin sonunda və yeni minilliyin əvvəllərində xalqımızın əldə etdiyi nailiyyətlər məhz bu görkəmli dövlət xadiminin şərəfli adı ilə bağlıdır. Ümummilli liderimizin həyat fəlsəfəsi-onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi,geniş təbliğ olunması və inkişaf etdirilməsi məsələlərindəndir. Belə ki, H.Əliyev dühası bütöv Azərbaycanı işıqlandırırdı.Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz H.Əliyevə məxsus idi.
Həyatının böyük hissəsini vətəninə,torpağına,xalqına həsr etmiş Ulu öndərimiz H.Əliyev hər zaman azərbaycanlı olması ilə fəxr edib öyünmüşdür.İstər Azərbaycana rəhbərlik etdiyi illər ərzində,istərsə SSRİ adlanan bir imperiyada fəxri kürsülərdə əyləşdiyi,fəaliyyət göstərdiyi zamanlarda belə onu Azərbaycan məhəbbəti,azərbaycançılıq hisləri bir anda olsa tərk etməmişdir.
Görkəmli tarixi şəxsiyyət,müstəqil Azərbaycanımızın qüvvətli ordusu üçrəngli bayrağı ilə öyünüb fəxr etmişdir.O, öz bariz irsi,tükənməz coşub-çağlayan əməlləri ilə qəlbimizdə əbədi bir abidə qoymuşdur:
“Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm,bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır,məzmunudur.”
ALIŞOVA XANIM,
SAATLI RAYON NOVRUZLU KƏND ÜMUMİ ORTA MƏKTƏBİN AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMİ