25.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Sosial dövlət

Sosial dövlət

Sosial dövlət.

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər.

Banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevrilək, sosial   rifah dövləti mərtəbəsinə yüksəlməkdir. Sosial dövlət dedikdə  inkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür.

Müstəqil Azərbaycanın dövlət quruculuğu yolunda əsas strateji hədəfləri müəyyən edərkən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik-hüquqi sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”.

Azərbaycan sosial dövlət quruculuğu yolunda inamla irəliləyir. Möhtərəm Prezidentimiz respublikamızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaşa diqqət və  qayğı dayandığını bəyan  edir və ölkəmizin 2020-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyur. Sosial dövlət vətəndaş – cəmiyyət – dövlət münasibətlərinin yeni bir forması, daha yüksək səviyyəsi olub, hər bir vətəndaşın, onun ailə üzvlərinin həyatı və rifahı naminə layihələrə üstünlük verir, insanların öz potensial imkanlarını reallaşdırmaq üçün hüquqi və iqtisadi müstəvidə qanuni şərait yaradır. Sosial dövlət öz vətəndaşlarının sosial, iqtisadi, hüquqi və mənəvi azadlıqlarını təmin edir, cəmiyyət üzvləri arasında sosial bərabərsizliyi minimuma endirməyə çalışır. Sosial dövlət cəmiyyətdə sosial ədalətə, sosial sülhə və sosial əməkdaşlığa söykənən yenin münasibətlərin yaranmasına səy göstərən, xalqa xidmət edən dövlətdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Siyasi sabitlik amili

Müstəqil Azərbaycanın ötən illərdə siyasi, sosial-iqtisadi, mədəni- humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai – siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikada mövcud olan daxili sabitlik, əmin- amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. İctimai-siyasi sabitlik amili, eyni zamanda, mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan ölkə kimi imicini daha da möhkəmləndirmiş, xarici siyasi əlaqələrinə yeni impulslar vermişdir. Hazırda respublikada ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai- siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı- ayrı strukturlarının da müstəsna rolu vardır.

Ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında respublikamızda möhkəm əsaslarla formalaşmış istimai-siyasi sabitliyin xalqın bugünki və gələcək taleyi baxımından neçə böyük əhəmiyyət kəsb etdiyi ən azı yaxın tarixi reallıqlara nəzərən əyani təsdiqini tapır. Dövlət müstəqillyinin ilkin mərhələsində – 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qivvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası özündə dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri birləşdirərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini ehtiva edir. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, mövqelərini daha da möhkəmləndirmişdir. Əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu vahid milli ideya ətrafında birləşmiş Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının diqqətindən kənarda qala bilməzdi.

Bir sözlə, Azərbaycan dayanıqlı inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir. Bununla yanaşı, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlik və tərəqqisi ilə milli dövlətlər üçün pozitiv nümunə – örnək qismində çıxış edir. Bu zamana qədər əldə edilən nailiyyətlər isə beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

 Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir.

Prezident cənab İlham Əliyev dörd il bundan öncə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında qeyd etmişdir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. O zaman ölkədə seçkilər keçirilmiş, parlamentin yeni formalaşan tərkibinə xeyli sayda gənclər seçilmişdi. Dövlət başçısı bu kontekstdən çıxış edərək, gəncliyin ölkənin ictimai-siyasi həyatındakı roluna, onların nümunəvi  yetişməsinin əhəmiyyətinə diqqət çəkmişdi.

Zaman sübut etdi ki, irəli sürülən bu tezislər olduqca əhəmiyyətlidir. Həmin çıxışdan bir müddət sonra II Qarabağ müharibəsi başladı və Azərbaycan gəncliyinin milli ruhunun güclü olmasının vacibliyi niyə bu qədər önəmli olub, ümumiyyətlə, ölkədə necə bir gənclik yetişib kimi suallara tam aydınlıq gəlmiş oldu.  Göründü ki, savaşı aparan güc həqiqətən gənclikdir və onun vətənpərvərlik hissləri, torpağa bağlılığı yetərincə möhkəm formalaşıb. İstər təhsil mühitində, istərsə də ailədə olsun, milli ruhda böyümənin təməlləri olduqca sağlam atılıb.Çünki böyük sayda gənc çağırış gözləmədən könüllü cəbhə bölgəsində oldu və Vətəni düşmənin işğalından qurtarmaq üçün canını fəda etdi. Şəhid oldu, qazi oldu, bu müharibənin zəfərlə başa çatmasında öz sözünü dedi.

Gerçəkliklər sübut edir ki, gənclər siyasətinin düzgün qurulması, onlarla iş aparılması hansısa keçici bir mərhələyə aid deyil, bu, bütün zamanların məsələsidir. Qarabağ münaqişəsinin artıq həllini tapması vətənpərvərlik tərbiyəsinin önəmini azaltmır,  əksinə müharibənin nəticələri isbat edir ki, uğura gedən yolun ən vacib şərti milli ruha sahiblikdir və bu, istənilən xalq üçün öz dəyərini hər zaman qoruyub saxlamalıdır.

Prezident İlham Əliyevin bütün çıxışlarına baxsaq, demək olar ki, hər zaman gənclərlə işləməyin önəminə toxunulur, üstəlik, davamlı şəkildə gənclərlə bağlı atdığı real addımlar, imzaladığı konkret sərəncamlar təsdiqləyir ki, ölkədə gənclər siyasətinin dinamik və ciddi aparılması üçün dövlət səviyyəsində mühüm işlər görülür.

Bütün bunlar ona görədir ki, Azərbaycan gəncləri savadlı yetişsin, beynəlxalq təhsil təcrübəsini mənimsəsin, çağdaş dövrün tələblərinə uyğun kadr kimi formalaşsın. Çünki təhsil, asudə vaxtı səmərəli keçirmək üçün yaradılan şərait, könüllü fəaliyyətə təşviq onları məkrli xarici dairələrin təsiri altına düşməkdən qoruyur,  ölkəsinin maraqlarını hər yerdə müdafiə etmək cəsarətini və hisslərini möhkəmləndirir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın