15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Siyasi partiyalar haqqında” yeni qanun bütövlükdə siyasi sistemin inkişafına müsbət təsir göstərəcək

“Siyasi partiyalar haqqında” yeni qanun bütövlükdə siyasi sistemin inkişafına müsbət təsir göstərəcək

Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir

“Siyasi partiyalar haqqında” yeni qanun bütövlükdə siyasi sistemin inkişafına müsbət təsir göstərəcək. Nəzərə alsaq ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi, ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini zərurətə çevirmişdi. Bu baxımdan da Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər və beləliklə də proses uğurla nəticələndi”.

Qeyd edim ki, yeni qəbul edilmiş  qanun 6 fəsil, 30 maddədən ibarətdir. “Bəlli olduğu kimi, Qanun layihəsinin hazırlanması zamanı bir sıra benəlxalq sənədlərə və nümunələrə müraciət və istinad olunub. Layihənin hazırlanmasında 24 ölkənin təcrübəsinə baxılıb. Eyni zamanda, siyasi partiyaların iştirakı ilə keçirilən dinləmələrdə və müzakirələrdə də təkliflər öyrənilib. Nəticədə 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif verilib. Milli Məclisdə komitə və plenar iclaslarda isə deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb”. “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb. yeni qanun bir sıra mütərəqqi müddəaları ilə də seçilir: “Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni qanuna əsasən, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul edə, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən edə bilərlər. Eyni zamanda, siyasi partiya üzvlərinin reyestrini də aparacaq. Mövcud Qanuna görə dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılan vəsaitin 95 faizi Milli Məclisində təmsil olunan siyasi partiyalar, 5 faizi isə irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür. Ümumilikdə, mütərəqqi müddəalar qanunda yer almaqdadır. Qeyd etdiyim kimi, yeni qanunun məqsədi bu gün Azərbaycan cəmiyyətində mövcud olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, onların cəmiyyətdə yerinin və rolunun müəyyən edilməsindən ibarətdir. Sənədin hazırlanması zamanı  Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəyləri də diqqət mərkəzində olub. Hesab edirəm ki, yeni qanun müasir dövrün tələblərinə cavab verir. Sənəd öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – İmanova Xanım

 

Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir

“Tarixi Zəfərimizin reallıqları həyatımızın bütün sahələrində yeniləşmənin, təkmilləşmənin qaçılmaz olduğunu bariz şəkildə ortaya qoyur. Tarixi Zəfərimizdən sonra Azərbaycana hansı sahədən baxsaq böyük  yeniliyin şahidi olarıq. Yenicə qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Qanun cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Ümumilikdə sözügedən Qanun hansı yeniliklərə yol açacaq? Hər yeni sənəd təbii ki, qarşıdakı dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan hər bir ölkənin inkişafında, həmçinin xarici dövlətlərlə  ikitərəfli  əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarının diqqət götərdiyi əsas məsələlər sırasındadır. Azərbaycanda 50-dən artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal şəraitin yaradılması da  demokratik inkişafın təqdimatında  öz sözünü deyir.”

Günədək siyasi partiyaların fəaliyyətini tənzimləyən  “Siyasi partiyalar haqqında” əvvəlki Qanun 1992-ci ildə qəbul edilmişdi: “Sənədin qəbulundan 30 il vaxt keçir. Bu illər ərzində Azərbaycanın qazandığı uğurların xronologiyası siyasi sistemdə aparılan islahatların real nəticələrini ortaya qoyur. Bircə bu faktı qeyd edə bilərik ki,  bu günədək əvvəlki Qanuna 27 dəfə əlavə və dəyişiklik edilib.  Həmin Qanun təbii ki, qəbul olunduğu dövrün reallığını əks etdirirdi. Bu, o dövr idi ki, Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi. Təbii  ki, o zamanın hədəfləri tamamilə fərqli idi.  İllər keçdikcə inkişaf yolunda inamla irəliləyən Azərbaycanın  ictimai-siyasi həyatında dünyanı heyrətləndirən  yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hər zaman çağırışları yüksək səviyyədə cavablandıran Azərbaycanın dövlətinin mövcud qanunlara  mütəmadi olaraq əlavə və dəyişikliklər etməsi də bu tələblərdən irəli gəlirdi.”

“Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar yeni çağırışları gündəmə gətirir. Dünya tarixi Zəfərimizdə  Azərbaycan xalqının birliyinin, vətəndaş həmrəyliyinin  müstəsna rol oynadığının şahidi oldu. 44 günlük müharibədə 50-dən artıq siyasi partiya həyata keçirilən siyasətə dəstəyini Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə ifadə etdi. 50-dən artıq siyasi partiyanın qəbul etdiyi birgə Bəyanatda dövlət başçısı İlham Əliyevin siyasətinin bugününə və gələcəyinə böyük inam ifadə edildi. Tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması da siyasi dialoq mühitinin inkişafında mühüm addım kimi dəyərləndirildi”.

Parlamentdə  təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər: “Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapmışdı.  50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim etdilər. Sənədin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınmaqla, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirildi. Hər bir ölkənin inkişafında, beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, dünyaya təqdimatında siyasi partiyaların rolunu önə çəkən dövlətimiz daim siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların yaradılmasına səy göstərir. Yeni Qanunda partiyaların dövlət büdcəsindən  maliyyələşməsinin prioritet məsələ kimi öndə saxlanılması da bu diqqət və qayğının bariz nümunəsidir.”

“Bu diqqət və qayğının əyani təzahürlərini görmək üçün “Siyasi partiyalar haqqında” Qanunda yer alan məqamlara  diqqət yetirmək kifayətdir”. Yeni sənədin tələblərinə uyğun olaraq hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir: “Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər.  Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni Qanunda hansı hallarda  siyasi partiyaların  təsis edilməsinə və fəaliyyətinə   yol verilmədiyi də öz əksini tapıb.  Əvvəlki Qanundan fərqli olaraq bundan sonra siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında”  Qanuna uyğun olaraq çap mediasını təsis etmək  üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.   Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Qanunda siyasi partiyanın   maliyyələşdirilməsində əsas məqamlar da yer alır. Ümumilikdə yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir.”

“Siyasi partiyalar haqqında”  yeni Qanun ümumilikdə siyasi partiyaların normal fəaliyyətinə daha geniş imkanlar yaradacaq. Ümumi qənaət budur ki, nə qədər siyasi partiya yaradılsa da onların fəaliyyətində bir prinsip əsas götürülməlidir:  Dövlətə, dövlətçiliyə xidmət.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – İmanova Xanım

 

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsində münasibət bu, ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsini alqışlayıram. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il iyunun 3- də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yarandı.

Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.

Bu qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl sənəd parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq təklif olunan layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə təşkil olunub. Dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişiklik edilib. Ümumilikdə sənədə 110 düzəliş edilib. Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınıb.

Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər: “Daha bir demokratik xüsusiyyəti də qeyd etmək istərdim. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Eyni zamanda, siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb.

Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

 Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

 

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 il əvvəlki  dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb.

Bu gün  Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi artıq zərurət olmuşdu. “Siyasi partiyalar haqqında”  Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il iyunun 3- də qəbul edilmişdi. Hazırda Azərbaycanın siyasi sistemini və bu sistemdə partiyaların fəaliyyətində ciddi yeniliklərin, irəliləyişlərin olduğunu nəzərə alsaq  30 il  öncə qəbul edilən Qanun  dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat deyildi. Bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradırdı.  Bu da yeni qanunun hazırlanması üçün  zərurət təşkil edib və Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət ediblər.

Məlum olduğu  kimi  Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi  qəbul edilib. Layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsi ilə yanaşı , ölkənin siyasi sistemi və milli xüsusiyyətləri,o  cümlədən  Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də  nəzərə alınmışdır.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi  ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür .Yeni Qanunda  Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.

Inanırıq ki, yeni qanun Azərbaycanda mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verəcək bir sənəd olacaqdır.

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin direktoru Vəfa Bayramova

 

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

Bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları çoxdur.

Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.

Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir.

Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.

Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Zərdab Gənclər evi sosial xidmt müəssisəsinin metodisti –Mecidli Cəlal

 

“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları

Son illərdə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrini əhatə etməkdədir. Belə ki, bütün sahələrdə aparılat islahatlar dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Qeyd etməliyik ki, hazırda müstəqil Azərbaycan 30 il bundan əvvəlki Azərbaycanla müqayısədə tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. İslahatlar kursu uğurla davam edən respublikamızda bütün sahələrlə yanaşı ictimai-siyasi sahədə də müasir dövrün tələblərinə uyğun addımlar atılmaqdadır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.

Məlumat üçün bildiririk ki, ölkəmizdə “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 ilə yaxın müddət keçmişdir. Hazırda qüvvədə olan qanun müasir dövrdə dövlətimizin və cəmiyyətimizin inkişafı fonunda tələblərə cavab vermir.

Hazırki dövrdə siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasına ciddi maneələr yaradır. Qeyd etməliyik ki, aradan keçən 30 il ərzində mövcud qanun bir neçə dəfə dəyişikliklərə uğramışdır. Bununla belə yeni reallıqlar və tələblər çərçivəsində həmin qanunun yenidən hazırlanması günün tələblərindən biri kimi qarşıya qoyulmuşdu. Xüsusi olaraq vurğulamalıyıq ki, yeni qanunun qəbul olunması prosesi daha böyük əhəmiyyət kəsb edirdi. Belə ki, həm Milli Məclisdə təmsil olunan və olunmayan siyasi partiyalar, həm media, həm də cəmiyyətimizin istənilən maraqlı kəsimi yeni qanunla bağlı keçirilən ictimai müzakirələrdə fəal iştirak etmiş, öz təkliflərini irəli sürmüşdür.

Uzun sürən dinləmələrdən sonra hazırlanmış qanun layihəsi qanunverici orqan tərəfindən qəbul edilmiş və nəhayət ölkə başçısının təsdiqindən sonra qüvvəyə minmişdir. Müasir tələblər səviyyəsində hazırlanmış yeni qanunda diqqət çəkən məqamlara nəzər yetirsək görərik ki, bu qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Yeni qanun dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verir. Xüsusi məqamlardan biri isə dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsidir ki, məhz bunun nəticəsində maliyyə dayanıqlığını təmin edəcək siyasi partiyalar daha çevik fəaliyyət göstərmək imkanına sahib olacaqdır.

Zərdab Gənclər evi sosial xidmt müəssisəsinin metodisti –Mecidli Cəlal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın