“Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür”
“Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür”
Qədim tarixə malik xalqımız yetirdiyi parlaq dühaları, mütəfəkkirləri, dövlət xadimləri ilə haqlı olaraq daim fəxr edir. Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş belə simalardan biri – müasir dövlətçiliyimizin banisi Uu Öndər Heydər Əliyevdir. XX əsrin böyük bir dövrü ərzində Azərbaycanın siyasi və iqtisadi inkişafı, ictimai həyatımızın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər məhz Ulu Öndərimizin adı ilə bağlıdır. Beləliklə, bütün ömrünü xalqa təmənnasız xidmətə həsr edərək, milli maraqları daim hər şeydən üstün tutmuş Ümumilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dönməzliyini və əbədiliyini təmin etdi. Bununla yanaşı, Azərbaycanın qarşılaşa biləcəyi çətinlikləri əvvəlcədən duyan Ümummilli lider, zamanı qabaqlayaraq, ölkənin davamlı inkişafı, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində böyük işlər gördü, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atdı. Prezident vəzifəsində fəaliyyətə başladıqdan dərhal sonra dövlət başçısı cənab İlham Əliyev əhalinin həyat səviyyəsinin yüksəldilməsində müstəsna rol oynayan fərmanlar imzaladı. İnsan hüquqlarına hörmət edilməsi, onlara qayğı ilə yanaşılması bütün dövlət strukturlarının əsas məqsədi kimi müəyyən edildi. Ölkənin tərəqqisində sahibkarlığın mühüm rolu nəzərə alınaraq, onun inkişafına mane olan halların aradan qaldırılması üzrə konkret tapşırıqlar verildi. Bu gün həyatın bütün sahələrində intibah dövrünü yaşayan müstəqil Azərbaycan Respublikası iqtisadi artım sürətinə görə lider ölkəyə çevrilmişdir. Hazırda Azərbaycanda ümumi daxili məhsulun artımı dünyada ən yüksək göstəricidir. Məlum olduğu kimi, neft gəlirlərinin daha səmərəli və tam şəffaf istifadəsi məqsədilə ölkəmizdə yaradılmış Dövlət Neft Fonduna daxil olan vəsaitlərin həcmi sürətlə artır. Azərbaycanda dünya miqyaslı neft-qaz layihələrinin reallaşması həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun hədsiz dərəcədə artması, dövlətimizin milli təhlükəsizliyinin möhkəmlənməsi deməkdir. Bununla yanaşı, ölkəmizdə qeyri-neft sektorunun da inkişafına mühüm diqqət yetirilir. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafına yönəlmiş siyasəti çox musbət nəticələr verir. Bütün şəhər və rayonlarda sənaye müəssisələri, səhiyyə, təhsil, idman obyektləri, elektrik stansiyaları, aeroportlar tikilir, yollar salınır, su xətləri çəkilir, əməkhaqları müntəzəm şəkildə artırılır.Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial yönümlü daxili siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycanda təhsilin inkişafına qayğı göstərilməsi, böyüməkdə olan nəslin bilikli, savadlı olması, ölkənin intellektual potensialının gücləndirilməsidir. Bu məqsədlə bütün şəhər və rayonlarda yeni məktəblərin inşasına, mövcud tədris ocaqlarının yüksək tələblərə uyğun təmirinə, ən müasir avadanlıqlarla təchiz edilməsinə xüsusi diqqət yetirilir. Dövlət başçısının ölkəmizdə təhsilin, elmin, səhiyyənin inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən sosial yönümlü daxili siyasəti ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən uğurlu xarici siyasət kursu ilə sıx vəhdət təşkil edir.Prezident cənab İlham Əliyevin yorulmaz və çox səmərəli fəaliyyəti Azərbaycanın strateji maraqlarının qorunmasına, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə, dövlətimizin milli təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova