21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ağdam ra­yonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır

Ağdam ra­yonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır

Ağdam ra­yonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır.

Xalqımızın 30 illik Qarabağ həsrəti ötən il Vətən müharibəsində qazandığımız Qələbə sayəsində sona çatdı. Bi­zim igid oğullarımız “dəmir yumru­ğu” düşmənin başına elə vurdu ki, işğalçı ölkə kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Bu, şanlı zəfər tarixidir, 30 illik işğal dövründə biz torpaq itkisinin acısını-ağrısını ürəyimizdə, yaddaşımızda daşıdıq. Bu zəfərin mahiyyətini, mənasını bütövlükdə gələcəkdə daha yaxşı dərk edəcəyik.

Zəfər tarixindən bu günədək insanlar bizə çoxsaylı suallar verir. Vətəndaşlarımızın qayıdışı, bərpa-quruculuq işlərinin nə vaxt yekun­laşacağı ilə maraqlanırlar. Bu, hər birimizi düşündürən məsələdir və işğaldan azad edilmiş torpaqlarda aparılan proseslər əyani şəkildə onu sübut edir ki, qayıdışın gerçəyə çevrilməsi labüddür.

Ağdam ra­yonu işğal altında olmuş digər olan rayonlarımız kimi böyük vandalizm aktlarına məruz qalmışdır. Bu rayon uğurlu hərbi əməliyyatlarımızdan sonra imza­lanmış Üçtərəfli Bəyənata uyğun olaraq bir güllə atılmadan bizə təhvil verilib. Mənfur düşmənin məğlubiyyətindən sonra və 10 noyabr tarixli Üçtərəfli Bəyanatın şərtlərindən biri kimi Ağdam, Laçın və Kəlbəcər bizə qaytarıldı. İndi biz həmin andan etibarən indiyə qədər olan dövrə nəzər salsaq görərik ki, 23 noyabr tarixində yəni Ağdamın Azərbaycan tərəfinə təhvil verilməsindən 3 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər etdi və burada üçrəngli bayrağımızı qaldırdı. Ondan sonra Ağdam­da böyük quruculuq işlərinə start verildi. Ağdamın bugünkü vəziyyətini görəndə insanın ürəyində ağrılı hisslər yaranır. Şəhərin görüntüsündən də aydın­dır ki, ermənilər burada daşı-daş üstündə qoymayıblar, şəhəri yerlə-yeksan ediblər. Yeganə salamat bina Ağdam məscididir ki, o da heyvanların saxlandığı yer olub, hərbi cəhətdən bizim təmas xəttini müşahidə etmək üçün istifadə edilib, məscidin divarlarına nalayiq sözlər yazılıb. Yəni bütün bunların hamısı qəsdən törədilib. Çünki onlara çox gözəl məlum idi ki, bura müqəddəs bir yerdir. Bizim paytaxtımızın mərkəzi hissəsində yerləşən erməni kilsəsinə münasibətimiz göz qabağındadır. Müqayisə edə bilərik. Bu millətin müqəddəs inanc yerləri baxın necə təhqir olunub, dağıdılıb. Qi­yaslı məscidi, Pənah xanın imarəti və yaxud bizim ağdamlıların xatırladığı digər gözəl məkanlar da dağıdılıb. Bunların arasında Çörək muzeyini, məşhur Çay evini göstərmək olar. Çay evindən pilləkənin bir hissəsi qalıb. Yəni bu vandallara insan deməyə ada­mın dili gəlmir. Məscidin salamat qalması da humanizmdən irəli gəlmir. Məscid bir daha qeyd edirəm ki, minarələri ilə birgə hərbi məqsədlər üçün istifadə edilib. Nə mümkündürsə talamış­dılar, nəyi talan edə bilməyiblərsə təhqir ediblər, dağıdıblar. Bura o yerlərdir ki, ermənilər həmişə torpaq iddiası ediblər. Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər bu torpaq sizindirsə niyə bu vəziyyətə qoymusunuz? Deməli, bura sizin deyil ki, onunla belə vandalcasına davranmısınız. Deməli bu torpaqların sizin oldu­ğuna dair özünüzün də inamınız yoxdur. Ancaq Azərbaycan xalqı multikultural xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də quru­cu xalqdır. Təsadüfi deyildir ki, böyük zəfərdən bir il keçməsinə baxmayaraq, qısa müddətdə Azərbaycan dövləti sadəcə öz gücünə arxalanaraq, bu torpaqlar­da böyük quruculuq işlərini həm sürətlə, həm də yüksək keyfiyyətlə həyata keçirməkdədir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Ağdam əlbəttə, dağıntılara ən çox məruz qalan şəhər idi

Region­da infrasturktur layihələrinin, yol tikintisinin icrası, hətta insan ayağının dəymədiyi yerlərdən elektrik xəttinin çəkilməsi, Zəfər yolunun inşası strateji uğurlardır. Bizim igid oğullarımızın müharibə vaxtı irəlilədiyi həmin yerlərdən indi Zəfər yolu çəkilib. Bu, çox heyranedicidir. Füzuli Beynəlxalq Hava limanının tikintisi və təhvil verilməsi qürur doğurur. Həmin ərazinin qısa müddətdə minalar­dan təmizlənməsi ilə beynəlxalq standartlara uyğun hava limanı tikilib. Ağdamda da böyük qu­ruculuq işləri gedir. Bilirsiniz ki, bu rayon birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ən çox şəhid vermiş bir rayon kimi burada gedən şiddətli döyüşlər, Xocalı soyqırımının dəhşətləri insanların yaddaşında silinməz izlər qoyub. Birinci Qarabağ müharibəsində Ağdamda çox ciddi döyüşlər gedib. Bu küçələrdə, bu dağlarda gəzən, bu bulaqlardan su içmiş in­sanların yenidən buraya qayıtdıq­ları zaman keçirdikləri hissləri dərk eləmək çox çətindir. Əvvəl biz bu yerlərə müxtəlif vasitələrdən ba­xırdıq və müşahidələrimiz içimizdə kədər, qüssə neqativ hisslər yara­dırdı. İndi isə vandalizm aktlarına, viran qalmış xarabalıqlara baxan­da bir tərəfdən ürəyimiz sızıldasa da, digər tərəfdən başımızı dik tuturuq ki, doğma torpaqlarımızı azad etdik. Milli qürurumuzun bərpa olunduğu üçün fəxr edi­rik, özümüzü böyük bir xalqın, millətin nümayəndəsi kimi hiss edirik. Bütün bunları bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarıq, bizim igid oğullarımı­za minnətdarıq. İnanın ki, biz bu torpaqda yeriyərkən o məsuliyyəti hər dəqiqə, hər an hiss edirik. Ağdam əlbəttə, dağıntılara məruz qalan şəhər olsa da, buranın gələcəyi artıq indidən gözümü­zün qabağında canlanır və biz bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün.

Bu  tarix xalqımız üçün qürur günüdür. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Torpaqlarımız düşmən tapdağından azad edilib. Bu  gözəl  anlar üçün Ali Baş Komandana  təşəkkür edirik. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı  onun ətrafında  bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan  qovdu.

Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir.  Prezident  İlham  Əliyev  bu  münasibətlə demişdir ki, biz  tarix  yazırıq, yeni  tarix. Xalqımızın, ölkəmizin  yeni  şanlı tarixini  yazırıq. Bu, Zəfər  tarixidir.Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş və çoxlu şəhidlər vermişlər. Bütün şəhidlərimizə Allah  rəhmət etsin, Azərbaycan xalqı həmişə onların xatirəsini əziz  tutacaq.Azərbaycan erməni  vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan  istifadə edəcək. Ağdam  bərpa  edilərək Azərbaycanın  ən  gözəl şəhərləri sırasında  olacaq. Bİz buna əminik. Prezident İlham Əjiyev demişdir:  “İndi  Ağdam üçün yeni dövr başlayır. Bizim  böyük  planlarımız  var. Biz  bu  torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.

Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf  etdiyi  rayonlardan birinə çevriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ağdam rayonuna getmişlər. Onlar  Ağdam məscidini ziyarət etmişlər. Prezident Məkkədən gətirdiyi ‘’Qurani-Kərim’’i Ağdam məscidinə  bağışlamışdır. Biz təkcə torpaqlarımıza deyil, həm də  dəyərlərimizə qayıdırıq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada  qalmışdır.  Azərbaycan  Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək  üçün  tədbirlər  hazırlamışdır.Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan – Azərbaycan  Dağlıq  Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla  mümkündür.Ağdamın azad  edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandanı, ordumuzu, xalqımızı Allah  qorusun.Azərbaycanda daim sulh, əmin-amanlıq olsun, təhlükəsizlik hökm sürsün.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı 

30 il işğal altında qalan torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla sahibinə qovuşdu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı tariximiz kimi dəyərləndirilən İkinci Qarabağ müharibəsindən bəhs edərkən daim bu fikri xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər təcüvüzkar dövlətə işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik,  aparılan danışıqlara sadiqlik göstərdi. Baxmayaraq ki, illər keçdikcə  ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşaraq hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bu mühüm sənədin imzalanmasında Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi əhəmiyyətli rol oynadı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı.  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən,  Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan tarixi sahibinə qaytarıldı.

Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasında xüsusi yer tutan işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi  daim 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü geniş təhlil etməyə, qanları, canları ilə tarix yazan şəhidlərimizin dastana çevrilən həyat yolunun vərəqlənməsinə, bir vətənpərvərlik  məktəbi kimi öyrənilməsinə çağırış edir. 44 günün hər günü tariximizin zəfər səhifələridir. Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 20 noyabr Ağdam Şəhəri Günüdür.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın