21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ağdam şəhərinin işğalı

Ağdam şəhərinin işğalı

Ağdam şəhərinin işğalı.

Ağdam 1993-cü  ilin 23 iyul tarixində Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmişdir. İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Onların hamısı erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ağdam işğal olunmuş rayonlar sırasında ən böyük yaşayış məsgəni idi. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev- eşiyindən didərgin düşərək Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Bu gün noyabrın 20-si Agdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işgalından azad edilməsinin 4-cü ili tamam olur. Agdamın işgalçılardan azad edilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən Müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu.

2020-il noyabrın 26 –da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamı ilə Ağdam rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları  “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən 20 noyabr- Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

30 illik işğal dövründə Qarabağ torpağı viran edilsə də tarixi qələbə ədaləti bərpa etdi və bir daha bütün dünya anladı ki, bu torpaqların sahibi yalnız Azərbaycandır. Artıq bu günlər bütün Qarabağda,  Şərqi Zəngəzurda ərazilər minadan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz döğma yurdlarına tamamilə dönüşü üçün dövlət başçımız əzmlə çalışır.  Tezliklə bütün bunlara nail olacağımıza çox inanırıq.

Zərdab rayon MKS-nin direktoru – Nailə Əliyeva

 

 

Ağdam – Qafqazın Xirosiması.

Mənfur düşmən təxminən  üç onilliyi əhatə edən işğal dövründə öz nəzarətində saxladığı Azərbaycan ərazilərində kədərli izlər qoyub. Belə ki, bir vaxtlar çiçəklənən, inkişaf edən yaşayış məntəqələrimiz vəhşicəsinə dağıdılıb. Erməni silahlılarının 1992-1993-cü illərdə xarici qüvvələrin dəstəyi ilə işğal etdiyi əzəli Azərbaycan torpaqlarının milli ordumuz tərəfindən 44 gün ərzində davam edən qızğın mübarizəsi nəticəsində azad olunmasından sonra bütün dünya ictimaiyyətinin diqqəti təqribən 30 il ərzində işğal altında qalan həmin ərazilərdə törədilən vəhşiliyə, vandalizmə, insanlığa sığmayan dağıntılara və bu torpaqlarda vaxtilə hökm sürən insan həyatının izlərinin silinməsinə yönəldi və nəticə olaraq, hazırda Ağdam dünyada “ruhlar şəhəri” adlanan 20 şəhərdən biridir. Tarixən bəşəriyyət misli görünməmiş dağıntılarla nəticələnmiş müharibələrin şahidi olmuşdur. Bu dağıntılar arasında təbii ki, Yaponiyanın dünyada ilk dəfə olaraq atom bombasının atıldığı Xirosima şəhəri və onun insanı dəhşətə gətirən görüntüləri xüsusi yer tutur. Bu mənada, böyük ürək ağrısı ilə deyə bilərik ki, Ağdam kimi əsrarəngiz torpağımız da məhz bu dağıdılmış şəhərlərin sırasındadır. Təsadüfi deyil ki, bu gün xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırmışlar.

30 illik işğaldan sonra  torpaqlarımıza səfərləri təşkil edilən xarici media nümayəndələri və jurnalistlərin də Ağdamla bağlı eyni fikirdə olmaları heç də təsadüfi deyil və erməni vandalları tərəfindən dağıdılan Ağdamı onlar da ilk görüşdə “Qafqazın Xirosiması” adlandırıblar. İndi Ağdamın yerində talan edilərək viranəyə çevrilmiş “Qafqazın Xirosiması”na çevrilmiş Ağdamın xarabalıqları qalıb. İşğal dövrü bitdikdən sonra dövlət və xalq olaraq əzəli torpaqlarımızda baş vermiş bütün erməni vəhşiliyini, vandalizmini bütün dünyaya yaymaqda və torpaqlarımızı əvvəlkindən də gözəl bir diyara çevirməkdə ən az səngərdəki əsgərimiz qədər qorxmaz və cəsarətli olmalıyıq.

Bu gün Ağdam şəhərində həyata keçiriləcək bərpa işlərinin miqyası kifayət qədər genişdir. Prezident cənab İlham Əliyevin rayona uğurla baş tutan səfərləri çərçivəsində çoxsaylı təməlqoyma mərasimlərinin keçirilməsi bir daha təsdiqləyir ki, nəzərdə tutulan bütün layihələrin icrası qısa müddətdə və yüksək keyfiyyətlə təmin ediləcək və Ağdam əvvəlki günlərinə qayıdacaqdır.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad ismayılov

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın