15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq.

Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilib. Prezident cənab İlham Əliyev sammitdə çıxışı zamanı bir sıra məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də COP29-un Azərbaycanda keçirilməsini düya əhəmiyyətli bir tədbir kimi qeyd edib və bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər həyata keçirilməkdədir. Ölkəmizin rəhbəri Kazanda XVI BRİCS Sammitində çıxışı zamanı bildirib ki, 200 ölkənin səs verdiyi bu tədbirin Azərbaycanda keçirilməsi çox mühüm bir hadisədir, Azərbaycana göstərilən böyük etimadın ifadəsidir.

Bu sözsüz ki, həm tədbirə dəyərin verilməsi, həm də dünya ölkələrinə bir ehtiramın nümunəsi idi ki, cənab Prezident bunu öz çıxışında qeyd etdi və göstərdi ki, dünya ölkələrinin Azərbaycana belə etimadı tədbirin uğurla keçirilməsinə məsuliyyəti qat-qat artırır.

COP29-a ev sahibliyi etmək beynəlxalq münasibətlər sistemində Azərbaycana əlavə üstünlüklər qazandıracaq. Çünki Azərbaycan Prezidenti özünün fəaliyyəti dövründə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə çoxşaxəli diplomatiyaya və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsinə böyük önəm verib və bu fəaliyyət hazırda da uğurla davam etdirilir. Məhz COP29-un Azərbaycanda keçirilməsinə dəstək verilməsi də cənab İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzun və göstərdiyi xidmətin bir nəticəsidir. Hazırda bu sahədə çox mühüm tədbirlər həyata keçirilməkdədir. Azərbaycanın “yaşıl enerji” siyasəti bu sahədə mühüm əhəmiyyət daşıyır və ölkədə son illərdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi, insanların sağlamlığına xidmət edən bir sıra mühüm tədbirlərin görülməsi deməyə əsas verir ki, Azərbaycan gələcəkdə “yaşıl dünya” uğrunda mübarizədə öz yerini müəyyən edəcək və öndə olacaq. Bu gün işğaldan azad edilmiş ərazilər, Qarabağ və Şərqi Zəngəzur böyük günəş və külək enerjisi potensialına malikdir.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru-Məkkə Həmidova

 

 

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı bir çox tarixi həqiqətləri bir daha sübuta yetirdi.
Qoşulmama Hərəkatındakı sədrliyindən bəhs edən cənab İlham Əliyevin bu fikirləri xüsusi əhəmiyyət kəsb edir: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib. BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir;BRICS yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.

Zərdab rayon Qoruqbağı kənd tam orta məktəbin direktoru-Əliheydər Abbasov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın