15.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu

  • MANŞET
  • 12 Noyabr 2024
  • 3.776 BAXIŞ SAYI
Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu

Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu.

Noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları ilə 11-ci Zirvə görüşü zamanı dövlətmizin başçısı cənab İlham Əliyev Təşkilatın ötən illərdə hansı yolu qət etdiyi, uğur və nailiyyətləri, Azərbaycanın bu təşkilatdakı əhəmiyyətli rolu barədə çıxış etdi.TDT son illər regionda güc mərkəzinə çevrilmiş, üzv ölkələr bir-biri ilə, həm də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, bir-birilərinin namizədliklərinə dəstək verərək beynəlxalq məsələlərdə öz mövqelərini yaxınlaşdırmağa çalışır. Üzv ölkələrin xarici işlər nazirləri arasında zirvə görüşləri çərçivəsində mütəmadi qaydada görüşlər keçirilir. Bundan başqa, ortaq maraq kəsb edən məsələlərin müzakirəsi məqsədilə xarici işlər nazirlərinin əlavə qeyri-rəsmi iclasları da təşkil edilir. TDT çərçivəsində turizm, təhsil, baş prokurorlar, ədliyyə, diaspora, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, media, kənd təsərrüfatı, miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilir. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin də 15-ci ildönümüdür.  Cari ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi isə əməkdaşlıqda yeni səhifə açmış və dünya ictimaiyyətinə əməkdaşlığın daha da güclənməsi ilə bağlı növbəti mesaj idi.  Bu gün dünya miqyasında mövcud olan təhlükələrin zərərsizləşdirilməsinin öhdəsindən gəlmək üçün Təşkilata üzv dövlətlərin müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı da böyük əhəmiyyət daşıyır. Çünki hazırda yeni tendensiya belədir ki, hərbi gücü böyük olan ölkə güclü hesab olunur.Türkdilli dövlətlərin hərb sənayesinin, müdafiə qabiliyyətinin güclənməsi onların xarici hərbi müdaxilələrə birgə cavab reaksiyasını da özündə ehtiva edir.  Beləliklə, bu cəhdlər Azərbaycanın bölqədə bərpa və dayanıqlı inkişaf sahəsində liderliyini möhkəmləndirir və beynəlxalq miqyasda nüfuzunun artmasına şərait yaradır. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsinin artırılması istiqamətində də ölkəmizin yeni öhdəlik götürməsi və öz dəstəyini ifadə etməsi bu əməkdaşlığa verdiyi önəmdən irəli gəlir. Qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün təşkilatın büdcəsinin artırılmasını zəruri hesab edən Prezident İlham Əliyev Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərməsi barədə öz çıxışı zamanı qeyd etmişdi. Türkdilli dövlətlərin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişlənməsi, ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, eləcə də, hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması ölkələrarası qarşılıqlı etimadın və dostluğun əyani göstəricisidir.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.

 

 

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir.

Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 11-ci Zirvə Toplantısı keçirilib. İclasın əsas mövzusu “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” olub ki, bu da təşkilata daxil olan dövlətlərin  sürətlə artan imkanlarını əks etdirir. Ölkələrin liderləri çoxtərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə etmiş, aktual məsələlərə dair mühüm qərarlar qəbul olunmuş  və bir sıra çoxtərəfli sənədlər, o cümlədən sammitin yekun Bəyannaməsi imzalanmışdı. Növbəti sammitin Azərbaycanın paytaxtında keçirilməsi də razılaşdırıldı. Qeyd etmək lazımdır ki,  bu gün Azərbaycan türk dünyasının mühüm iqtisadi və siyasi mərkəzi kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatında əsas rol oynayır. Strateji-coğrafi yerləşmə və əhəmiyyətli enerji resursları ölkəmizi Azərbaycanı TDT çərçivəsində inteqrasiya proseslərinə fəal dəstək verən dayanıqlılığın möhkəmləndirilməsinə və regionun enerji təhlükəsizliyinin təmin edilməsinə kömək edən dayağa çevirir. Zirvə toplantısında çıxış edən dövlətimizin başçısı türk birliyi ideyalarına sadiqliyini və birgə təşəbbüslərin daha da inkişaf etdirilməsini vurğuladı: “ Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”. Prezident cənab  İlham Əliyev Türk dünyasının birləşməsi,   təşkilatlanması, daha da güclənərək iqtisadi və siyasi güc mərkəzinə çevrilməsi üçün  mühüm işlər görür. O, bu fəaliyyətini  sistemli şəkildə, reallıqları nəzərə alaraq, müdrik uzaqgörənliklə həyata keçirir. Azərbaycan bundan sonra da Təşkilatın inkişafına yönəlmiş səylərini davam etdirəcəkdir. Dövlət başçısı İlham Əliyev bildirib ki: “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”. O, həmçinin, vurğulayıb ki: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır”. Həqiqətən də bu aspektlərin türk dövlətləri ilə gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Və bunlar sadəcə sözlər deyil. Prezident İlham Əliyev son illərdə TDT  üzv dövlətlərə və müşahidəçi ölkələrə çoxlu səfərlər edib. Qardaş dövlətlərin rəhbərləri də bu müddət ərzində dəfələrlə Azərbaycana səfər etmişlər, Azərbaycan da öz növbəsində bir çox məsələlərdə, xüsusən dövlətimizin ərazi bütövlüyünün bərpası məsələsində həmişə türk ölkələrinin dəstəyini hiss etmişdir. TDT üzv olan bütün ölkələr həmişə torpaqlarımızın Ermənistan tərəfindən işğalını pisləmiş və Azərbaycanı dəstəkləmişlər. Məlumdur ki, Türk Dövlətləri Təşkilatına  üzv olan bir sıra ölkələr həm də Gömrük İttifaqı, Aİİ və KTMT-nin üzvüdür. Və biz dəfələrlə şahidi olmuşuq ki, bu birlik və təşkilatlara üzv olmayan Azərbaycanın nüfuzu təmin təşkilatın  üzvü olan Ermənistanın nüfuzundan qat-qat yüksəkdir.

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın