Müəllimlər qərar verdi – Bu dəfə… // VİDEO+FOTO
“DogruXeber.az” xəbər verir ki, “8 iyun” tarixini “müəllimlərin soyqırımı” adlandıran müəllimlərdən bir neçəsi ötən gün redaksiyamızın qonağı olublar. Onlar bugünə qədər haqq səslərini yaymaqda informasiya dəstəyi göstərdiyinə görə agentlik rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, sözügedən müəllimlər bu ilin 8 iyun tarixində keçirilən Sertifikasiya imtahanından kəsilən və Əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işlərinə xitam verilən 4300 müəllim adından danışaraq, imtahanın şəffaf keçirilmədiyini iddia edirlər.
Minlərlə müəllim bildirir ki, onlar imtahan nəticələrinin ləğv olunması və yenidən şəffaf şəkildə imtahan götürülməsi tələbi ilə aylardır bütün aidiyyatı üzrə dövlət qurumlarına müraciət ediblər, lakin hər dəfəsində “absurd və şablon” cavablar alıblar.
Sonda isə növbəti addım olaraq mətbuat konfransı keçirmək istədiklərini deyərək, bunu təşkil etməkdə bizdən kömək istədilər.
Dövlət qurumlarının bu cür biganə yanaşmalarından təngə gəldiklərini deyən müəllimlər, bundan sonra da Elm və Təhsil Nazirliyinin məsələyə ədalətli və qanunamüvafiq şəkildə yanaşmadığı təqdirdə qeyri-qanuni addımlar atacaqlarını vurğulayıblar.
Mövzunu davam etdirəcəyik!
Redaksiamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az