30.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də başladılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan şəhəri azad edildi. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.Oktyabrın 20-də  Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin azad edilmişdir. Zəngilanın azad olunmasının bir sıra hərbi-strateji əhəmiyyəti var idi. Birincisi, Zəngilan azad olunması 132-km Azərbaycan–İran sərhədinin bərpası demək idi. İranla sərhəd nəzarətə götürülməklə düşmənin İrana çıxışı bağlanır və Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alınıb. İkincisi, Qubadlı mühasirəyə alınıb və qısa zamanda azad olunub. Üçüncüsü, Zəngəzur bölgəsi nəzarətə götürülür. Dördüncüsü, İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək imkanı qazanılıb, bu yol Ermənistanın işğala davam etməsi üçün əhəmiyyətli idi.Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunması hesab edirlər. Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də İrandan gələ biləcək yardımların qarşısını alıb. Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsinin nəzarətdə saxlanılması Ermənistan tərəfindən gələn hərbi və qida yüklərinin qarşısını alıb.Zəngilanın azad olunması, onun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsi üçün imkanlar yaratdı. Zəngilanda Beynəlxalq Hava Limanının təməli qoyulub. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Yeni hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana Horadizdən yol da çəkiləcək. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Zəngilanda Hava Limanın tikilib istifadəyə verilməsi eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq. Belə ki, Zəngəzur dəhlizinin açılması növbəti tarixi nailiyyət olacaq və Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan bu nəqliyyat arteriyası nəinki region ölkələri, eyni zamanda geniş anlamda iqtisadi fəallığı təmin edəcək.Zəngilan rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 3435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Samir Talıbov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın