Bu Zəfəri xalqımıza bəxş edən müzəffər Ali Baş Komandanımız və milli ordumuzun qəhrəman zabit və əsgərlərindən bəhs edən şanlı bir dastan var
Bu Zəfəri xalqımıza bəxş edən müzəffər Ali Baş Komandanımız və milli ordumuzun qəhrəman zabit və əsgərlərindən bəhs edən şanlı bir dastan var
Xalqımız 8 noyabr 2022- ci il tarixdə əldə etdiyimiz tarixi Zəfərimizin ikinci ildönümünü qeyd etdi. 2020-ci ildə yaşadığımız qanlı-qadalı, sevincli-kədərli 44 günlük müharibənin zəfərini qeyd edərək, 27 sentyabr-10 noyabr tarixlərində həmin günlərə qayıdır, onları bir-bir yaşayaraq, yenidən qələbəyə gəlib çatırıq. Zəfərimizdən əvvəlki 30 ilə dönür, o dəhşətli günləri, başımıza gətirilən bəlaları xatırlayır, torpaqlarımızın işğal altında inlədiyini, soydaşlarımızın ev-eşyindən didərgin salındığını, ermənilərin insanlığa sığmayan hərəkətlərinə dünyanın susduğunu ürək ağrısı ilə xatırlayır, torpaqlarımızın artıq azad nəfəs alması ilə fəxr edirik.
Torpaqlarımız 30 il erməni vəhşilərinin əsarəti altında qaldı. Birinci Qarabağ müharibəsində minlərlə şəhid verdik, lakin torpaqlarımızı geri qaytara bilmədik. Çünki torpaqlarımız məkrli oyunun qurbanı olmuş, vicdanı olmayan kəslər tərəfindən planlı şəkildə satılmışdı. 30 ilin hər anında torpaqlarımızın işğaldan azad olunması üçün işlər görüldü.
Ümummilli liderimiz Heydər Əliyev hər dəfə çıxışlarında Qarabağ məsələsinə toxunur, torpaqlarımızın bir gün azad ediləcəyini bildirirdi. Bunun üçün haqq səsimizin dünyaya yayılmasında misilsiz xidmətlər göstərirdi. Sonra isə dövlətimizin başçısı İlham Əliyev Qarabağ məsələsini fəaliyyətinin əsas prioritetinə çevirdi. Möhtərəm Prezidentimiz yüksək tribunalardan çıxışlarında, xalqa müraciətlərində, ikitərəfli danışıqlarda Qarabağ məsələsi daima əsas mövzu olub.
Ötən il olduğu kimi bu il də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zəfər Gününü Şuşada qeyd edirlər. Noyabrın 8-də Zəfər Günü münasibəti ilə Şuşada təşkil olunan tədbirdə iştirak edən ölkə başçısı cənab İlham Əliyev öz çıxışında qeyd edib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Şuşanın strateji mövqeyi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdiyi üçün müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Həm də Qarabağın tacı olan Şuşa Azərbaycan xalqının ürəyi, canı olaraq, hər bir azərbaycanlı üçün müqəddəs bir yerdir.
Bu Zəfəri xalqımıza bəxş edən müzəffər Ali Baş Komandanımız və milli ordumuzun qəhrəman zabit və əsgərlərindən bəhs edən şanlı bir dastan var. Bu dastan bütün dövrlərdə gənc nəsil üçün layiqli bir örnəkdir.
Torpaqlarımızın düşməndən azad edilməsi ilə yanaşı, müzəffər Ali Baş Komandan, dövlətimizin başçısının Qarabağda dünyaya səs salan quruculuq işlərini həyata keçirdiyi illərdir. Müharibədən dərhal sonra Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Qarabağın işıqlı günləri başlayır. Məcburi köçkün qardaş və bacılarımızın doğma yurdlarına qayıtması üçün abadlaşdırılan rayonlarımızın yeni inkişaf mərhələsi başlamışdır.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal