İqtisadi inkişafın əsas göstəricilərindən biri
İqtisadi inkişafın əsas göstəricilərindən biri
Prezident cənab İlham Əliyevin düşünülmüş xarici siyasəti ölkəmizin dünya birliyindəki əlaqələrini daha da genişləndirir, mövqeyini getdikcə möhkəmləndirir. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbimizdən sonra respublikamzın nüfuzu daha da artıb. Dövət başçımızın postmüharibə dövründə xarici ölkələrə səfərləri, səfər çərçivəsində imzaladığı sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışları böyük maraqla izlənilir. Cənab Prezidentin bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və Əbu-Dabi Dayanıqlıq Həftəsinin açılış mərasimində iştirakı ölkəmizə olan ehtiramın daha bir nümunəsidir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.
Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc