Qarşılıqlı hörmətin rəmzi
Qarşılıqlı hörmətin rəmzi
1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi aspekt ön plandadır. Ümumən məlumdur ki, Çinin xarici siyasəti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib. Azərbaycan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni marşrutdur. Azərbaycan hesab edir ki, bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur. Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin Xalq Respublikası ilə ikitərəfli siyasi əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Ərazi bütövlüyü məsələsində Çin və Azərbaycanın maraqları üst-üstə düşür. 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi zamanı cənab Prezident İlham Əliyev Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırdığını qeyd etmişdir.
Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər hər iki dövlətin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Hər iki dövlət həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Xalidə Polad – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi