22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Azərbaycan Xalq Cümhuriyyəti İli”

“Azərbaycan Xalq Cümhuriyyəti İli”

“Azərbaycan Xalq Cümhuriyyəti İli”

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması tarixi keçmişimizə verilən dəyərdir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ölkəmizin dövlətçilik tarixinin mühüm bir səhifəsini təşkil edir. Cəmi 23 ay yaşayan AXC həmin dövrdə müsəlman Şərqinin ilk demokratik respublikası olaraq insan hüquq və azadlıqlarının qorunması, eləcə də digər istiqamətlərdə mühüm qərarlar qəbul etmişdi.Vurğulamaq lazımdır ki, AXC-nin süqutundan 71 il sonra yenidən müstəqillik əldə edən Azərbaycan xalqı 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevi Azərbaycan siyasi hakimiyyətinə dəvət etməklə tarixin təkrarlanmasına imkan vermədi. Beləliklə, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev sayəsində ölkəmiz öz müstəqilliyini qoruyub saxlamağa və möhkəmləndirməyə nail oldu. AXC-yə münasibətdə göstərilən dərin ehtiram və diqqət Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalaması isə bir daha AXC-yə yüksək ehtiramın göstəricisidir. Vurğulayaq ki, Sərəncamda 1918-ci il mayın 28-də qurulan və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığı önə çəkilib. Sərəncamda həmçinin AXC-nin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.Prezident cənab İlham Əliyev hər zaman tariximizə, keçmişimizə xüsusi diqqətlə yanaşır və bu addım bir daha təsdiqləyir ki, ölkəmizin gələcək demokratik inkişafının təməlində məhz zəngin milli dövlətçilik ənənələrimiz dayanır.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur

Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) dağılmasının labüdləşdiyi bir məqamda – 1991-ci il avqustun 31-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə” qəbul edildi. 18 Oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdi. Yeni Konstitusiyanın hazırlanması üçün başlanğıc sayılan bu Akt respublikanın dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarının təsisini nəzərdə tuturdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiya qəbul edilənədək 1978-ci il Kontitusiyasının “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ziddiyyət təşkil etməyən maddələri qüvvədə olmuşdur. 9 oktyabr 1993-cü ildə “Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun 1995-ci il noyabrın 27-dən qüvvədən düşmüşdür. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatda baş verən sürətli dəyişikliklər, eyni zamanda 1991-ci il il Konstitusiya Aktının yekun müddəalarının tələbləri yeni Konstitusiyanın tez bir zamanda qəbul olunmasını zəruri edirdi. Yeni Konstitusiyanın hazırlanması məqsədilə 1991-ci və 1993-cü illərdə komissiyalar təşkil edilsə də, onların əməli fəaliyyəti nəzərə çarpmamışdı. 1995-ci il mayın 2-də Milli Məclisin qərarına əsasən Prezidentin rəhbərliyi ilə komissiya yaradılmışdı.
Müstəqil Azərbaycan dövlətinin Konstitusiya əsasları 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunmuş və 1995 il noyabrın 27-dən qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Böyük Qayıdış strategiyası

Vətən müharibəsində Azərbaycan Ordusunun möhtəşəm qələbəsiPrezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu hərbi strategiyasının nəticəsidir. Düşmən tapdağı altında uzun illər qalan torpaqlarımızın işğaldan azad edilməsi müasir Azərbaycan tarixinin ən parlaq qələbəsidir.Hazırda “Böyük Qayıdış” strategiyası işğaldan azad edilmiş ərazilərdə vətəndaşlarımızın dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdırmaqdır. Artıq bərpa-quruculuq işlərinə başlanılıb.Doğma yurdlarından məcburi köçkün olmuş əhalinin işğaldan azad olunan ərazilərə köçrülməsi üçün yenidən sosial infrastrukturun qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yeni və xarici investisiya da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın Beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.Bir sıra dost ölkələrin şirkətləri ilə ölkəmizin özəl qurumları tərəfindən bir sıra layihələrin birgə həyata keçirilməsi prosesinə başlanılıb. Bu gün bərpa prosesində müxtəlif şirkətlər xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və digər sahələr üzrə uğurla fəaliyyət göstərir. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə nüfuzlu dövlətlərin şirkətlərinin qoşulması nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə yanaşı Qarabağ güclü iqtisadiyyata malik regiona çeviriləcəkdir.Bu uğurlar Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafeyini əks etdirdiyini, Azərbaycanın dünya miqyasında nüfuzunun artmasını, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bir daha göstərir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi

105 il bundan öncə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın istiqlal tarixində ən şanlı səhifələrdən biridir. Qısa müddətli mövcudluğuna baxmayaraq, tariximizdə geosiyasi dönüş nöqtəsi yaradan və bugünkü müstəqil dövlətçiliyimizin ideoloji təməllərini qoyan Azərbaycan Xalq Cümhuriyyəti bizim qürur mənbəyimizdir. Qoca Şərqin tarixinə adını ilk demokratik dövlət kimi əbədilik həkk etmiş Azərbaycan Xalq Cümhuriyyəti o dövrün bir çox qabaqcıl ölkələrinə belə nümunə göstərilə biləcək bir dövlət olmuş, sosial-siyasi yeniliklərə, hüquqi-demokratik təsisatlara imza atmışdır. Qadınlara səs hüququnun verilməsi, çoxpartiyalı parlament, peşəkar ordu, təhlükəsizlik orqanları, ilk müasir tipli universitet – bütün bunlar Şərq dünyasında ilk dəfə məhz Azərbaycan Xalq Cümhuriyyətinin timsalında təşəkkül tapmışdır. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək siyasi mədəniyyətinin bariz təcəssümü idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Xalqımız sonrakı bütün tarixi boyu Cümhuriyyətin zəngin irsini yaşadaraq, bir dəfə qalxan müqəddəs üçrəngli bayrağımızı yenidən başı üzərinə qaldırdı.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Müstəqillik tarixinin qızıl səhifəsi

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu;2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişdir. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar. Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə sübuta yetirdilər.

Zərdab rayonGənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın