17.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ermənistanın şəksiz məğlubiyyəti

Ermənistanın şəksiz məğlubiyyəti

Ermənistanın şəksiz məğlubiyyəti.

Ermənistan son aylar Azərbaycana qarşı başlatdığı diplomatik və infomasiya
müharibəsini artıq hərbi müstəviyə keçirir. Ermənistan nəinki bizim öz dədə-baba
yurdlarımıza qayıdışımızla əlaqədar Qərbi Azərbaycan İcması ilə dialoq aparmaq
niyyətindədir, əksinə Azərbaycana qarşı ərazi iddiasını “Qarabağ ermənilərinin hüquq və
təhlükəsizliyinin təmin edilməsi məqsədilə beynəlxalq mexanizmin təsis olunması” adı altında davam etdirir. Bu qanlı cinayəti, Ermənistanın Azərbaycana qarşı təcavüzünü mina terroru formasında davam etdirməsi kimi dəyərləndiririk. Terror aktları bir daha göstərir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir.
Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən
Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam etdirildi.
Azərbaycan konstitusiya quruluşunu bərpa etmək və Ermənistan silahlı qüvvələrini
regiondan çıxarmaq üçün antiterror əməliyyatına başlayıb. Ermənistan silahlı qüvvələrinin
birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr
zərərsizləşdirilib. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Əldə olunmuş razılaşmanın tərkib hissəsi olaraq erməni qoşunlarının və Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistanın silahlı qüvvələrinin tam tərkisilah edilməsi, döyüş mövqelərindən və postlarından çıxaraq silahlarını yerə qoyması prosesinin  tərkib hissəsi olaraq biz reinteqrasiya modelinin vacib elementi kimi bəyan etmişik. Cənab Prezidentin öz çıxışında toxunduğu məsələlər Azərbaycanın yaratdığı yeni  reallıqlardan qaynaqlanır. Başqa sözlə desək Azərbaycan bütün dünyaya güclü dövlət  olduğunu, güclü orduya sahib olduğunu sübüt edə bilib və həm Ermənistan, həm də ona  havadarlıq edənlər də bilir ki, bu gün nə qədər revanşist açılamalarla çıxış etsələr də  müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı  gəlmək mümkün deyil.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Erməni terroru.

Zaman-zaman xalqımıza ermənilərin ssenarisi ilə vurulan zərbələr az olmayıb. Düşmənin yalnız bir hədəfi olub: yaşından və cinsindən asılı olmayaraq dinc azərbaycanlıları məhv etmək. Xalqımıza qarşı əsrlərdir törədilən bu terror aktlarında minlərlə soydaşımız məhv edildi. Çox təəssüf ki, bunların içərisində azyaşlı körpələrimiz də olub. Ermənilərin Azərbaycana qarşı apardıqları terror aktları nəticəsində öldürülən uşaqların sayı bilinmir. Hələ dünyanın fitnə-fəsadlarından xəbəri olmayan lakin, bəzən doğulmadan belə düşmən qəzəbinə tuş gəlmələrinin yeganə səbəbi isə yalnızca bir türk övladı olmamları olub. Azərbaycana məskunlaşdırıldıqdan sonra illər boyu soydaşlarımıza qarşı apardıqları etnik təmizləmə, erməni terror siyasətinin əsasını təşkil edib.

Ermənilərin 1988-ci ildən sonra Azərbaycana yenidən ərazi iddiaları ilə çıxış edən ermənilər xalqımıza qarşı elan olunmayan müharibənin daha bir ocağını qaladılar. Həmin illərdə həyata keçirdikləri deportasiya, işğalçılıq və soyqırımı siyasəti yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması ilə nəticələndi. Bu aktı yerinə yetirən ermənilər deportasiya zamanı xeyli dinc sakinlərimizi qətlə yetirdilər. Necə deyərlər, tarix təkrarlanırdı. Yenə eyni ssenari, eyni addımlar, eyni öfkə və qəzəb. Dəyişən isə sadəcə aradan ötən illər və bu faciələri yenidən yaşayan insanlar idi. Və bu gün qanunsuz silahlı birləşmələrin və Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisində mövcudluğu ölkənin milli təhlükəsizliyinə təhdid yaradır, buna görə də antiterror tədbirləri zərurətə çevrilib. Xüsusilə son dövrlər işğaldan azad olunmuş ərazilərdə baş vermiş mina terroru Ermənistanın və onun dəstəklədiyi separatçı xuntanın fəaliyyətinin nəticəsi idi. Eyni zamanda, qanunsuz silahlı birləşmələr mütəmadi olaraq digər təxribatlar törədirdi. Buna görə də Azərbaycan dövləti antiterror tədbirlərini həyata keçirmək məcburiyyətində qaldı. Belə ki, antiterror tədbirləri üçtərəfli Bəyanatın müddəalarının təmin olunmasına, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasına xidmət edir. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusunun hədəfi mülki obyektləri və dinc sakinlər deyil. Ermənistan silahlı qüvvələrinin mövqeləri və atəş nöqtələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlar vasitəsilə məhv edilir. Azərbaycan Silahlı Qüvvələri yalnız legitim hərbi hədəfləri sıradan çıxarır. Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhaliyə müvafiq xəbərdarlıqlar edib.

Bütün bunlar Azərbaycan Ordusunun antiterror tədbirləri zamanı mülki şəxslərin qorunmasını təmin etmək üçün atdığı addımlardır. Və bu azğın, quduzlaşmışlar bilməlidirlər nahaq qan heç vaxt yerdə qalmayacaq! Və heç şübhəsiz ki, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror əməllərinə görə beynəlxalq hüquq qarşısında da cavab verəcək. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətlərində, yerli və xarici televiziya kanallarına verdiyi müsahibələrində qeyd etdiyi kimi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Rəsmi İrəvanın mina terrorunun acı fəsadları

Ermənistanın Azərbaycana qarşı başlıca əsas xətti hərbi cinayətləri davam etdirməkdir. 44 günlük Vətən müharibəsindən sonra ermənilərin basdırdığı minalarla bağlı yaranan problem bizə bunu deməyə əsas verir. Ötən iki ildən çox müddətdə məlum olur ki, Ermənistan nəinki İkinci Qarabağ müharibəsindən əvvəl basdırdığı minaların tam xəritəsini Azərbaycan tərəfinə təqdim etmədi, hətta yeni minalama prosesini həyata keçirdi. Bu əməliyyat və minalanma işləri nəticəsində hazırda Azərbaycanın mülki şəxsləri, hərbi qulluqçuları xəsarət alır və ya həlak olur.

Ermənistan açıq müharibədə məğlub olub, lakin mina savaşını davam etdirir. Çünki baş vermiş hadisədə düşmən ölkənin ordusu, erməni hərbi birləşmələri və separatçıları bu hadisəni əməliyyat olaraq hazırlayıblar. Həm əraziyə tank əleyhinə mina basdırıblar, onların köməyinə gələnlərin qarşısını almaq üçün və öldürmək üçün piyada əleyhinə mina yerləşdiriblər. Ermənilər indi də hərbiçilərimizin istifadə etdiyi yollarda, əsasən təminat yollarında mina basdırıblar.

Azərbaycan torpaqlarının böyük bir hissəsi Ermənistan silahlılarından təmizlənsə də, onların basdırdıqları minaların dəqiq xəritələrini verməmələri hələ də işğalçı siyasətin davam etdiyini deməyə əsas verir. Bu onu göstərir ki, Ermənistan üzdə əməkdaşlıq və əlaqələrin bərpası, normallaşma prosesindən danışsa da, əslində Azərbaycana qarşı düşmənçilik, kin və nifrət bəsləyir. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha sübut edir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın