22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub

Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub

Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub

Ölkə başçısı cənab İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində qeyd etdiyi kimi Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskulnlaşma yürüdürdü. Bu Beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunurdu. Ancaq 44 günlük Vətən müharibəsində Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə torpaqlarımız işğaldan azad olundu. Bu gün Qarabağda aparılan yenidərqurma, abadlıq quruculuq işləri Azərbaycan iqtisadiyyatının bir daha gücünü göstərir. Erməni vandalları tərəfindən işğaldan azad olunmuş ərazilərdə 67 məsciddən 65-i  tamamilə dağıdılıb.Bu erməni vəhşiliyini dünya öz gözləri ilə gördü. Bütün bu vəhşiliyə baxmayaraq ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Qarabağ respublikamızın abad ərazisinə çevriləcəkdir.  Buna hər bir Azərbaycan vətəndaşı inanır və ümüd edir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın