19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir

İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir

İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişmişdir. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir. Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Bu məsələnin  müzakirəsi daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi. Müzakirə olunan məsələ barədə bizim mövqeyimiz birmənalıdır. Azərbaycanın mövqeyinə gəldikdə bunu qapalı görüşlərdə, rəsmi açıqlamalarımda və bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə edilmişdir ki, Azərbaycan xalqı həmişə haqqın, ədalətin tərəfdarıdır. Azərbaycanın daxili işlərinə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verilməmişdir. Qarabağ Azərbaycandır! Bu sözü müharibə başlanan ilk gündən Ali baş komandan İlham Əliyev dəmir yumruğunu  göstərərək demişdir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqi olduğu danışıqlar zamanı qeyd olunmuşdur. 44 günlük Vətən Müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini gördük. Onların hamısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, Vətən həsrətinə öz canları, qanları bahısına son qoydular. Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı. Bu gün Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu oldu. Bu işdə gənclərin xüsusi əməyi oldu. Onlar bizim qürur mənbəyimizdir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

Azərbaycanda yeni nəsil yetişib

Cəmiyyətin yeni düşüncəsi, yeni baxışına sahib olan gənclik gələcəyə olan inamdır. Azərbaycan gəncliyi öz fəaliyyəti, öz uğurları, öz imzası ilə gələcəyimizin təminatı əzmindədir və bu heç də təsadüfi deyil. Belə bir əzm sözsüz ki, gəncliyə göstərilən diqqət və qayğının sayəsində, Azərbaycan dövlətinin milli maraqlara, milli dəyərlərə, eləcə də beynəlxalq təcrübəyə əsaslanan gənclər siyasətinin nəticəsi olaraq təzahür edir, mövcuddur və əldə edilən nəticələr də, reallıqlar da bunu təsdiq edir. Reallıq ondan ibarətdir ki, Azərbaycan gəncliyi bütün sahələrdə öz iştirakı, fəallığı ilə seçilir və artıq gənclərimiz irimiqyaslı layihələrin icrasından tutmuş, idarəetməyə qədər bütün proseslərdə yaxından iştirak edir. Hətta ölkəmizin gəncləri ictimai proseslərdə yaxından iştirak edir və diqqətə çatdıraq ki, bizdə könüllülük hərəkatı da, onun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Bütün bunlar isə ondan xəbər verir ki, gənclərimizin, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhu, eləcə də vətəndaşlıq mövqeyi möhkəmlənib və günü-gündən də möhkəmlənməkdədir. Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənimizin inkişafı üçün səylə çalışırlar. Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhuna malikdirlər. Gənclər ölkəmizin bu günü, həm də gələcəyi, sabaha olan ümididir. 44 günlük Vətən Müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Gənclərimizi fərqləndirən üstün cəhətlərdən biri isə onların müstəqillik ideyalarına daim sədaqətli qalmaları ilə bağlıdır. Azərbaycanın yaxın tarixinə nəzər salsaq, görərik ki, gənclər hər zaman azərbaycançılıq ideyalarına bağlı olublar və müstəqilliyimizin möhkəmlənməsinə həmişə öz töhfələrini veriblər. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

44 günlük müharibə zamanı Ermənistanda fərarilərin sayı 11 minə çatmışdı.

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar oldu. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Azərbaycan Respublikasının Ermənistanın hərbi təxribatlarından sonra başladığı müharibənin davam etdiyi 44 gün təkcə ölkəmizin parlaq Qələbəsi və otuz ilə yaxın müddətdə işğal altında qalan ərazilərimizin azad edilməsi ilə yadda qalmadı. 44 Günlük Vətən müharibəsi Azərbaycanın gücü ilə yanaşı Ermənistanın mütiliyini, vassal dövlət olduğunu göstərdi.. Bu əhval- ruhiyyə ilə döyüşən Azərbaycan əsgərinə yalnız qələbə yaraşır və bu qələbəni də qazandı ordumuz. Düşmən tərəfdə isə tam əksi görünürdü. Erməni xalqı kimi ordusu da qorxaq və mütiliyini aydın göstərdi. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Ermənistanın müxtəlif bölgələrindən silah gücünə, zor gücünə insanlara hərbi geyim və silah verib müharibəyə göndərirdilər. Döyüş ruhunun aşağı olması, erməni əsgərinin qorxaqlığı, fərariliyi ifrat həddə çatdırmışdı. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğramışdır. Vətən müharibəsi həmçinin Azərbaycan xalqının qəhrəmanlığını, vətənə, torpağa bağlılığını bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunda bir nəfər belə fərari olmayıb. Müasir hərb tariximiz ordumuzun şücaətini dünyaya nümayiş etdirməklə yanaşı saxta erməni mifini qırdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, həmçinin, saxtakar erməni mifini də məhv etdi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov

 

Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək.

Dövlətin fəaliyyətinin effektivliyinin əsas meyarlarından biri, onun milli təhlükəsizliyinin təmin edilməsidir. Enerji təhlükəsizliyi isə milli təhlükəsizliyin vacib ünsürlərindən biri sayılır. Əhlinin enerji ilə təminatı, ən əsas problemlərdən olmaqla, bu problemin həlli, ölkənin davamlı inkişafını, yəni iqtisadi, ekoloji və sosial resursları israf etmədən, habelə gələcək nəsillərə ağır yük mirası qoymadan inkişafını şərtləndirir. Enerji təhlükəsizliyi,  vətəndaşların, cəmiyyətin, dövlətin, iqtisadiyyatın təhlükələrdən qorunması, əhalinin məqbul keyfiyyətdə və iqtisadi cəhətdən əlçatan enerji  resursları ilə təmin edilməsini ehtiva edir, xarici və daxili təhdidlərdən müdafiəsini nəzərdə tutur. Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqla milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Azərbaycan regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji – siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Əvəz Soltanov

 

Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub

Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Yandırılmış, dağıdılmış kəndlərimiz, təhqir olunmuş məscidlərimiz, xarabaya çevrilmiş, məhv edilmiş meşələrimiz, talan edilmiş qəbirlərimiz erməni faşizminin və terrorunun acı nəticələridir.  Ona görə də Azərbaycanın qazandığı Qələbə təkcə Ermənistan deyil, həm də faşizm üzərində çalınmış Qələbədir. Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, Füzuli deyil azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Hazırda  Azərbaycan dövləti 30 il davam edən işğalın acı nəticələrini aradan qaldırmaq üçün çalışır. Bu məqsədlə dövlətimiz tərəfindən  işğaldan azad edilmiş ərazilərdə geniş bərpa- quruculuq işləri həyata keçirilir. Tarix boyu bütün müharibələr silahla başlamış, sözlə bitmişdir. Azərbaycan, Ermənistan Dağlıq Qarabağ müharibəsi də bu mənada istisna təşkil etmədi. 30 il müddətində torpaqlarımızın 20 %-nin işğalı, 20 mindən artıq soydaşımızın həlak olması, 1 milyondan artıq insanın məcburi köçkün halına düşməsi ilə nəticələnən erməni təcavüzü Azərbaycan Ordusunun 44 günlük uğurlu əks-hücum əməliyyatları və sonda imzalanan bəyanatla sonlandı.

Rəvanə Hidayətova-Könüllü gənc 

 

Minsk qrupu artıq kənara çəkilib, mövcud deyil

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk Qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. ATƏT-in Minsk qrupu münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. Və 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli olmaqla, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident cənab İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz «Dəmir yumruq» siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi.

Zərdab Rayon Gənlər və İdman idarəsinin əməkdaşı-Məleykə Hüümbətova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın