19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Açıq mikrofon” aksiyasında bu dəfə Xızı rayonunun sahibkarları müraciətlərini ünvanladılar-VIDEO

“Açıq mikrofon” aksiyasında bu dəfə Xızı rayonunun sahibkarları müraciətlərini ünvanladılar-VIDEO

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”nın növbəti ünvanı Xızı rayonu olub.

Qanunla.Az xəbər verir ki, İlk olaraq Xaçmaz RQİİ-nin rəisi Azər Abasov çıxış edərək  aksiyanı açıq elan edib. Daha sonra mikrofon önünə sahibkarlar çıxaraq müraciətlərini ünvanlayıblar. Sahibkarları narahat edən məsələlərə gəlincə bunlar fermanın və obyektin qazlaşdırılması, sayğacın, həmçinin də qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. KOBİA-nın nümayəndəsinin iştirakı ilə keçirilən aksiyada sakinlərə də müraciətlərini ünvanlamaq üçün şərait yaradılıb. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Ətraflı video materialda:

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın