24.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü zəruri idi.

Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Müstəqilliyimizin daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olması, qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələr həyata keçirildi. Gənc nəslin sağlamlığının qorunması məqsədilə Olimpiya idman komplekslərinin, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşasına, minlərlə məktəbin tikilməsi və təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.

Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır.

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı.

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdı.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı. Ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Müstəqilliyimizin daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olması, qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələr həyata keçirildi. Gənc nəslin sağlamlığının qorunması məqsədilə Olimpiya idman komplekslərinin, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşasına, minlərlə məktəbin tikilməsi və təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz yeni inkişaf dövrünə qədəm qoymuşdur. Cənab Prezident bütün dünya dövlətləri tərəfindən qəbul edilən müasir və görkəmli dövlət xadimidir. 44 günlük Vətən müharibəsi dövründə dünya mətbuatına verdiyi müsahibələrlə Azərbaycan xalqını bir daha zəkasına, dünya görüşünə heyran olmuş, qəlblərdə qalib sərkərdəyə çevrilmişdir.

Prezdinet İlham Əliyev 2018- ci ildə növbəti dəfə Prezident seçildikdən sonra  andiçmə mərasimində qeyd etmişdir ki, “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdirki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.

Ölkəmizin  dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləridir. Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verib.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan beynəlxalq nüfuzuna da xüsusi diqqət yetirməliyik. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatic uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Dünyanın dövlətçilik tarixinə nəzər yetirdikdə fərqinə varırıq ki, iqtisadi gücü olan dövlətlər dünya dövlətləri arasında söz sahibi olur. Cənab İlham Əliyev öz siyasi proqramını bu istiqamətdə qurmasını  açıq şəkildə görürük. Buna görə də  cənab Prezidentimizin  hakimiyyəti dövrünü iqtisadi yüksəliş dövrü kimi qiymətləndirməliyik

Ümummilli lider Heydər Əliyevin yenidən yaratdığı, Prezident İlham Əliyevin inkişaf etdirdiyi, yeni və çiçəklənən Azərbaycanı aydın görən, Vətən müharibəsinin üzə çıxardığı reallıqların nəticəsi olaraq dünyanın və regionun siyasi mənzərəsini hər zamankından daha dərin dərk edən Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib, onun yürütdüyü daxili və xarici siyasətə sonsuz güvənir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı və Azərbaycan xalqının səmimi sevgisini qazanan Liderdir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Böyük əhəmiyyət kəsb edən tarixi hadisə

Azərbaycan Respublikasının Ptezidenti İlham Əliyev 11 aprel 2018-ci il tarixli andiçmə mərasimində etdiyi çıxışında demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Bu tarixi hadisədən cəmi iki il yarım sonra bütün dünya Azərbaycan Prezidentinin nikbinliyinin nə qədər əsaslı olduğunu gördü, özünü nə dərəcədə doğrultduğunun şahidi oldu. Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq öz torpqlarını işğaldan azad etdi və bununla da şanlı tarixinin ən şərəfli səhifələrini yazdı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müharibə Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Həmçinin ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Əlbəttə ki, bu tarixi Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı. O cümlədən Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malik olan hadisə idi. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Birmənalı olaraq demək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib.

2018-ci il növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdən bəhs edərək bunları deyib: “Məlumdur ki, 2003-2020-ci illər mahiyyət etibarı ilə Azərbaycanın özünün ən böyük və ali məqsədinə, işğal altında olan torpaqların azad edilməsinə nail olması üçün keçdiyi hazırlıq dövrü idi. 2018-ci ildə, bir çoxları bunu hələ hiss etməsələr də, artıq işğala son qoymaq üçün əlverişli tarixi şərait yetişmək üzrə idi. Azərbaycan isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz hazırlıqlarını sona çatdırmaqda idi. Əlbəttə ki, belə bir məsuliyyətli tarixi məqamda işğala tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

2003-2018-ci illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu da əvvəllər heç zaman müşahidə olunmamış bir səviyyəyə yüksəlmişdir

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki oldu. Seçki marafonunda müxtəlif partiyaları təmsil edən 8 namizəd iştirak etmişdi. Səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdiyi şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqın bu seçimini həmçinin əvvəlki illərdə strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf müəyyən etmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi müəyyən edilib. 2018-ci ilin prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Diqqətəlayiq haldır ki, seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Seçki məcəlləsinin tələbinə uyğun olaraq “exit-poll” keçirməkdən ötrü MSK-da qeydiyyatdan keçmiş Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, “AJF&Associates İnc.” təşkilatı, ABŞ-ın Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Opinion Way Sosioloji” Tədqiqatlar İnstitutu, Fransanın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi kimi nüfuzlu beynəlxalq təşkilatlar seçkilərin nəticələrinin beynəlxalq legitimliyini rəsmən təsdiq etmişdilər.”

2003-2018-ci illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu da əvvəllər heç zaman müşahidə olunmamış bir səviyyəyə yüksəlmişdir: “Bu gün Azərbaycan Avropa təhlükəsizlik konsepsiyasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan Avropa Qonşuluq Siyasətinə qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, bölgənin lideri kimi əsas söz sahibinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da gücləndirib.

Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Aprelin 11-də ölkəmizdə keçirilən son prezident seçkilərindən beş il ötür. Bu seçkilərdə cənab İlham Əliyev seçicilərin mütləq əksəriyinin etimadını, 86.02 faiz səs toplayaraq parlaq qələbə qazandı. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdü. Əlbəttə ki, Prezidentimizin bu qələbəsinin mühüm əsasları var. Çünki dövlət başçısının siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf edərək möhtəşəm uğurlara imza atıb.

Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Azərbaycan neçə illərdir ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu beynəlxalq platforma çərçivəsində Prezidentimiz İlham Əliyevin bir sıra qlobal təşəbbüsləri beynəlxalq müstəvidə böyük dəstək qazanıb.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan  xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ötən dövrün  mənzərəsini əks etdirən reallıqlar və hazırkı geosiyasi situasiya da onu göstərir ki, dünyanın nəzəri Azərbaycanda və regiondadır. Çünki Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Prezident İlham Əliyevin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir. Son zamanlar Avrasiyanın ən önəmli strateji məntəqələrindən olan Xəzər-Qara dəniz geosiyasi hövzəsində qaynar proseslər və intensiv diplomatik trafikin fonunda Azərbaycanın barışdırıcı missiyası və fəal rolu diqqəti cəlb edir. Xüsusilə də, Ukrayna hadisələri fonunda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan konstruktiv strateji diplomatiyası ilə fərqlənir, çox mühüm təşəbbüslər və ideyalarla çıxış edir. Bu səpkidə bir neçə məqam xüsusilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın etibarlı – güvənli tərəfdaş, inam və etimad ünvanı olduğunu təsdiqləyir. Dövlət başçısı hər zaman vurğulayır ki, Azərbaycan toqquşma deyil, əməkdaşlıq məkanıdır. Azərbaycan Prezidentinin praqmatik strateji kursu müxtəlif geosiyasi qütblər – Rusiya, Amerika Birləşmiş Ştatları və digər güc mərkəzləri eləcə də Aİ, NATO, İƏT və başqa strateji birliklər tərəfindən müsbət dəyərləndirilir. Bu düşünülmüş siyasət ölkəmizin regionda və beynəlxaql müstəvidə siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir

Müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq ulu öndər Heydər Əliyevin xidmətlərinin böyüklüyünü görür və bundan böyük qürur hissi keçiririk. Tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 2016-cı il Aprel döyüşlərindən 7 il keçdi. Azərbaycan Ordusunun tariximizə yazdığı hər bir uğur səhifəsi keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Qazanılan hər bir uğur böyük qətiyyətin, səylərin nəticəsidir.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yaşadığı uğursuzluqlar yaddaşlardadır. Həmin illərdə torpaqlarımızın biri-birinin ardınca işğalı həmin dövrün iqtidarının yarıtmaz siyasətinin nəticə olaraq nizami ordunun olmadığının göstəricisi idi. Silahlı Qüvvələr torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə davamlı uğurlara yol açıldı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində iqtisadi qüdrətimizin möhkəmlənməsi digər sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirdi. Nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəf borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır.  Həyatını bu şərəfli peşəyə- ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.” Ümummilli Lider, eyni zamanda, qeyd edirdi ki, ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatlara, yeniliklərə əsaslanan siyasətinin əsas istiqamətlərindən biri məhz orduya diqqət və qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik, milli ruhda tərbiyəsidir. Uğurlarımızın zirvəsində dayanan 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu məqamlara işıq saldı. Azərbaycan əsgəri torpaq, Vətən sevgisini dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə cavablandıraraq təsdiqlədi. Rəşadətli Ordumuz dünyanın hərb tarixinə yeni səhifə yazdı.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq, ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Diqqət və qayğı nümunəsi

Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Bu gün ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, sözün əsl mənasında, fəxr edir.

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam edən bir prosesdir. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir. Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, ordumuzun, dövlətçiliyimizin inkişafı sahəsindəki xidmətləri əvəzsizdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Ərazi bütövlüyümüz bərpa olundu və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını alındı. Orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə bundan sonra daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, 2018-ci ildə Azərbaycan xalqına verdiyi sözü 2020-ci ildə yerinə yetirdi

11 aprel 2018-ci il tarixdə Respublikamızda növbədənkənar Prezident seçkiləri keçirilib. Bu Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçkidir. 8 namizədin iştirak etdiyi bu seçki marafonunda Yeni Azərbaycan Partiyasının namizədi, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Heydər oğlu Əliyev olub. Demokratik, azad və şəffaf şəraitdə keçirilən seçkidə cənab İlham Əliyev Azərbaycan seçicilərinin 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci olan bu seçkidə səsvermə hüququna malik olan Azərbaycan vətəndaşlarının 74.3 % iştirak etmişdir. Prezident seçkilərində Azərbaycan xalqı yüksək əhval-ruhiyyədə iştirak etmiş və indiyə dək Azərbaycan Respublikasında görülən işlərə qiymət verərək öz səslərini vermiş və xalqımız öz iradəsini göstərmişdir. Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”;

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində demişdir; “Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, 2018-ci ildə Azərbaycan xalqına verdiyi sözü 2020-ci ildə yerinə yetirdi. Bugün biz qalib ölkəyik, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilib. Müstəqil Azərbaycan dövləti, dünya liderləri sırasında xüsusi yeri olan, güclü liderlik istedadı olan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

2018-ci il aprelin11-də keçirilən prezident seçkiləri də ölkəmizdəki demokratik prinsiplərə sədaqəti növbəti dəfə təsdiq etdi

Prezident İlham Əliyev: “Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidi.” Seçki hər bir dövlətdə sabit vətəndaş cəmiyyətinin, mütərəqqi inkişafın əsasını təşkil edir. 1993-cü ildən Azərbaycanda keçirilən seçkilər bütünlüklə cəmiyyətin iradəsini özündə əks etdirib. 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası seçkilərin şəffaf və demokratik keçirilməsi mexanizmlərini özündə əks etdirib və prioritetləri müəyyənləşdirib. Bu əsasda da Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılıb. Təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılan Seçki Məcəlləsi isə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının azad seçim etməsinə şərait yaradır. Məhz Seçki Məcəlləsində demokratik prinsiplərə əsasən vətəndaşlara seçkilərdə azad iştirak etmək, seçmək, seçilmək hüququ verilib.

2018-ci il aprelin11-də keçirilən prezident seçkiləri də ölkəmizdəki demokratik prinsiplərə sədaqəti növbəti dəfə təsdiq etdi. Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə ölkə rəhbəri seçildi. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilər ölkəmizdə keçirilən prezident seçkilərinin azad, şəffaf, demokratik keçdiyini, xalqımızın öz iradəsini azad şəkildə ifadə etdiyini təsdiqlədilər. Prezident İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində də bildirib ki, ölkəmizdə keçirilən seçkilər xalqımızın iradəsini tam şəkildə əks etdirib: “Prezident seçkiləri şəffaf, ədalətli, azad şəkildə keçirilmiş və Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir”.

Qeyd edildiyi kimi, Azərbaycan xalqı ötən 10 ildə görülən işlərə, ölkəmizdə həyata keçirilən böyükmiqyaslı fəaliyyətə, o cümlədən, ölkəmizin beynəlxalq arenada əldə etdiyi yüksək nəticələrə qiymət verdi. Bu gün Azərbaycan dövləti birmənalı olaraq nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, daha böyük coğrafiyanın aparıcı siyasi aktoru kimi çıxış edir. Cənubi Qafqaz bölgəsinin iqtisadiyyatının üçdə iki hissəsi məhz ölkəmizin payına düşür. Bundan başqa, Azərbaycan dövləti son 10 ildə böyük inkişaf yolu keçib. Ölkəmizdə yoxsulluğun həddi 10 dəfələrlə azalıb, bir milyondan artıq yeni iş yerləri yaradılıb ki, bunun da böyük qismi daimi iş yerləridir. Vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dövləti stabil inkişaf yolundadır və Azərbaycan xalqı da aprelin 11-də keçirilən prezident seçkilərində məhz bu stabil inkişafa, ümumilikdə son 10 il ərzində görülən işlərə növbəti dəfə öz razılığını və obyektiv münasibətini ifadə etdi.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan hakimiyyəti birmənalı olaraq, azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi yönündə öz iradəsini nümayiş etdirib

Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində də vurğulayıb ki, ötən 10 il ərzində verilən bütün vədlər icra edilib: “Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini Heydər Əliyev siyasətinin davamına verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edilmişdir”.Ölkəmizdə bütün vətəndaşların sosial rifahının yüksəldilməsi, o cümlədən, aztəminatlı insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılıb. Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi istiqamətində bütün şərait yaradılıb. İstər seçkidə seçici qismində, istərsə də namizəd qismində iştirak edən vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə edə bilirlər. Bütün bunların təməlində isə demokratik seçkilərin keçirilməsinin əsas şərti qismində çıxış edən qanunvericilik bazası dayanır.

Azərbaycan hakimiyyəti birmənalı olaraq, azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi yönündə öz iradəsini nümayiş etdirib. Hələ 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam seçkilərə hazırlıq və seçki dövründə baş verə biləcək qanun pozuntularının qarşısını almaq, seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi daşıyırdı. Seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanunazidd olaraq müdaxilə edəcəyi təqdirdə ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediləcəyi göstərilib. Bundan başqa, sənəddə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməmək və bu cür faktlar aşkar olunduğu təqdirdə qanunvericiliyə uyğun məsuliyyət təyin edilməsi kimi göstərişlər yer alıb.

Həmçinin, məhz dövlət başçısının 2005-ci ildə imzaladığı Sərəncamda namizədlərə efir vaxtının verilməsi və digər məsələlər də öz əksini tapmışdı ki, bu da ölkəmizdə azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayır. Bu fakt özü Azərbaycan hakimiyyətinin, Prezidentinin ölkədə şəffaf, azad seçkilər keçirilməsində maraqlı olduğunu göstərir. Aprelin 11-də keçirilən prezident seçkiləri də məhz bu cür – demokratik prinsiplər əsasında baş tutdu. Azərbaycan xalqı yüksək seçki mədəniyyətinə, ən doğru seçim etmək bacarığına malik bir xalq olduğunu növbəti dəfə sübuta yetirdi. Prezident İlham Əliyev də andiçmə mərasimindəki nitqində bu məsələyə xüsusi olaraq toxunub: “Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc  

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın