Ərəb dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq əlamətdar hadisədir
1-2 Noyabr tarixlərində Əlcəzairdə Ərəb dövlətləri Liqasının 31-ci sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində Sammitə dəvət olunmuşdu.Zirvə toplantısında BMT və İslam Əməkdaşlıq Təşkilatı baş katiblərinin də fəxri qonaq qismində dəvət edilməsi Azərbaycan liderinin QH sədri kimi beynəlxalq aləmdə və İslam dünyasında yüksək nüfuzunu sübut edir.Azərbaycan Respublikası və Əlcəzair Xalq Demokratik Respublikası arasında diplomatik əlaqələr 1994 -cü ildə aprelin 22 -də qurulub.2016-cı ildə Əlcəzairdə Azərbaycan səfirliyi,2019- cu ildə isə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib. Ölkələrimiz arasında 5 sənəd imzalanıb,7 sənəd isə baxılma mərhələsindədir. Bu əlaqələrin yüksək dinamikada inkişafının sübutu kimi Azərbaycanın bu mötəbər sammitdə iştirakıdır. Prezident cənab İlham Əliyev sammitdə çıxışı zamanı Əlcəzair prezidenti Abdulmacid Tebbuna dəvəti üçün təşəkkür etmiş və qeyd etmişdir ki, bu dəvət ölkəmiz arasında dostluq və qardaşlıq əlaməti sayılır və bu sammitdə iştirakımız ölkəmiz arasında birliyi nümayiş etdirmək deməkdir. İlham Əliyev qeyd etmişdir ki; “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi.Fransızların Əlcəzair xalqına qarşı törətdikləri işğalçilıq siyasətini , zorakılığı məndə ermənilərin Azərbaycan qarşı törətdiyi vəhşilikləri xatırlatdı .Hər iki xalq işğaldan əziyyət çəkmişdir. Ermənilər Qarabağda 67 məsciddən,65 -ni dağıtmışdır.Bu İslam dininə qarşı edilmiş hörmətsizlik, təhqir deməkdir.Biz öz gücümüzlə bu abidələri bərpa edirik və ,,Böyük Qayidiş” siyasətini həyata keçiririk. Əlcəzair və Azərbaycan ,hər ikisi İslam ölkəsidir. Biz İslam ölkəsi olaraq İslam Həmrəyliyinə kifayət qədər töhfə vermişik.2017-ci il ölkəmizdə”İslam Həmrəyliyi “ili elan edilmiş və lV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik.Qoşulmama Hərəkatının Sədri olaraq öz vəzifəmizi layiqincə yerinə yetirmişik, COVİD-19 pandemiyasi dövründə Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir.Mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.”
Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Vahidli Aydan