21.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq

Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq

Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq.

Prezident cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bərpası istiqamətində atılan addımlar və Azərbaycan büdcəsinə artırılan üç milyarddan artıq vəsaitin bu istiqamətə və ordu quruculuğuna ayrılmasını xüsusi qeyd edib. Hər iki mühüm sahə strateji baxımdan əhəmiyyətlidir. Biri ərazilərin bərpa edilməsi, dağıdılmış, viran edilmiş Qarabağın cənnət məkana çevrilməsi, ikincisi isə müasir ordu quruculuğu ilə bağlıdır. Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən sonra da işğaldan azad edilmiş ərazilərdə müasir komanda hərbi hissələri yaradılmağa başlandı.

Prezident cənab İlham Əliyev müşavirədə müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü hərbi potensiala malik olmağımızın vacibliyini vurğulayıb: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq”.

Dövlətimizin başçısı müşavirədə İkinci Qarabağ müharibəsi başa çatandan sonra ordu quruculuğu istiqamətində çox ciddi addımların atıldığını da söyləyib: “Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq”.

Ordu quruculuğu daimi prosesdir və hər gün yeni silahlar istehsal edilir, müasir texnologiyalar tətbiq edir. Dövlətimiz də Azərbaycan Ordusunun hərbi potensialının güclü olması üçün onun dünyanın ən qabaqcıl ölkələrinin müasir silahları ilə təmin olmasına çalışır. Şəxsi heyətin qidalanmasına, geyim, silah-sursat təminatına, işğaldan azad edilmiş ərazilərdə müasir kazarmaların və zastavaların tikilməsinə, ordunun daim təlim keçməsinə, təchizatına, kadr potensialına və davamlı islahatların aparılmasına xüsusi diqqət ayrılır. Ordumuzun Türkiyə modelinə keçməsi yönündə də xeyli addımlar atılıb və qarşıya böyük hədəflər qoyulub. Ali Baş Komandanın nəzarəti altında qısa müddətdə mühüm işlərin görülməsi planlaşdırılır.

Vətən müharibəsindən sonra Azərbaycana riyakar münasibət bəsləyən, qısqanc yanaşan dövlətlər də artıq məcbur olaraq ölkəmizin ortaya qoyduğu mövqeyi ilə hesablaşırlar. Bu mövqe beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə, milli maraqlarına əsaslanır. Ölkəmizin milli maraqlarından bir addım geri çəkilməyəcəyini artıq dünyada qəbul edirlər. Öz ərazi bütövlüyünü, müstəqilliyini daim qorumaq üçün güclü orduya, müasir silahlara malikdir. Türkiyə, Pakistan və İsrail kimi müttəfiqləri olan Azərbaycanın yürütdüyü siyasətinə dünyanın bir çox ölkələri hörmətlə yanaşır. Bütün bunların hamısı Prezident cənab İlham Əliyevin apardığı müdrik siyasətin nəticələridir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətlərində işlərin plan üzrə getdiyini xüsusi vurğulayıb: “İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir”.

Ölkəmiz müharibədə özünü sübut etmiş orduya malikdir. Azərbaycan Silahlı Qüvvələri döyüş əzminə, peşəkarlığına görə dünyada ilk 50 ordu arasında yer alır. Ordumuz bizim qürur mənbəyimizdir. Hazırda qarşıya qoyulan bütün məqsədlərə planı üzrə nail olunur. Ona görə ki, bu işlərə müdrik, uzaqgörən, cəsarətli, qətiyyətli sərkərdə, Prezident cənab İlham Əliyev rəhbərlik edir və dövlətimizin başçısı xalqına, ordusuna, xalqı və ordusu isə öz Ali Baş Komandanı inanır.

Keçmiş məcburi köçkünlərin bir hissəsi öz doğma el obasına – həm Zəngilana, həm də Laçına qayıdıb. Həmin proses bu il və növbəti illər sürətlə davam edəcək. Azad olunmuş ərazilərdə bütün infrastruktur bərpa edilir, elektrik enerjisi, su və qazla təminat işləri kompleks şəkildə aparılır. Ordu quruculuğunda da böyük nailiyyətlər qazanılır. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan dövləti istər iqtisadi, istərsə də hərbi cəhətdən daha da güclənəcək.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir.

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə geniş nitq söyləyərək cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlər barədə danışıb.

Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müstəqil xarici siyasət yürüdən,  tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən,  dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında   bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə,  irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan  dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur.

Müşavirədə 6 ay ərzində əldə edilən  uğurlar xüsusi olaraq qeyd edilib. Dövlət başçımızın qeyd etdiyi kimi, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

Ölkənin builki dövlət büdcəsi rekord həddə – 33 milyard manatdan çox səviyyəyə qalxıb.  Bu da öz növbəsində  həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir. Bütövlükdə isə yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə yönəldilib. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.

Ölkə başçısı qeyd edib ki, mütləq rəqəmlərdə ölkəmizin xarici borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir.

Prezident cənab İlham Əliyev bildirib ki, “Azərbaycanın xarici ticarət balansı müsbət səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır”.

Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Ölkədə həm minimum əməkhaqqıları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı milli iqtisadi inkişaf modeli bu dövr ərzində daha da təkmilləşdirilərək ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin dayanıqlı və davamlı inkişafında özünün məntiqi nəticəsini tapmışdır. Dünya ölkələrinin sosial-iqtisadi inkişaf modellərinin mütərəqqi cəhətləri ilə yanaşı, ölkəmizin tarixən formalaşmış maddi və milli-mənəvi dəyərlərini, təbii-coğrafi amilləri və müqayisəli üstünlüklərini, çoxvektorlu geosiyasi və geoiqtisadi maraqlarını özündə ehtiva edən bu eklektik model milli iqtisadiyyatımızda yeni rəqabət faktorları və rəqabət üstünlükləri yaradaraq özünəməxsus iqtisadi inkişaf kursunu formalaşdırmışdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Gədəbəy vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir.

Cənab Prezidentin müşavirədəki çıxışı həmişə olduğu kimi, çox maraqlı məqamlarla yadda qaldı. Onlardan biri də Gədəbəydə baş verən məlum hadisələrlə bağlı idi.

“Əvvəlcə orada fəaliyyət göstərən xarici şirkətin özbaşınalığını qeyd etmək lazımdır. Şirkət qayda-qanun gözləməyib, özbaşınalığa yol verib. Daha sonra insanların əvvəlcədən bununla bağlı olan müraciətləri dinlənilməyib. Üçüncü əsas məsələ – təxribat məsələsidir ki, cənab Prezident də bunu qeyd etdi. Burada həm ölkədaxili, həm ölkə xaricindən olan təxribat əli hiss olunur və onunla bağlı artıq insanlar məsuliyyətə cəlb olunub.

Təəssüf ki, orada olan kənd sakinləri, vətəndaşlarımız təxribatlara uyub, məsələnin dərinliyini bilmədən polisə aqressiv münasibət göstəriblər. Bunlar yolverilməzdir. Azərbaycan polisi ictimai asayişi, təhlükəsizliyi qoruyur, onların qarşısına qoyulan məqsədlərin həll olunması üçün çalışır.

Biz orada bir polisin qanundankənar hərəkətini görürük. Həmin polis də məsuliyyətə cəlb olunub. Bu hal da yol verilməz idi. Amma ümumi götürsək, təbii ki, təxribatların baş verdiyi açıq- aydın ortadadır. Bununla bağlı Prezident dövlət orqanlarının təhlükəsizliyini qeyd etdi və məsələnin araşdırılması üçün hökumətə 1 həftə vaxt verdi və görürük ki, bu günlər ərzində Gədəbəy hadisələri dərindən araşdırılacaq və lazımi qiymət veriləcək.

Prezident cənab İlham Əliyev bildirib ki, ümumiyyətlə, bölgələrdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilməli və tədbirlər görülməlidir. Həmin tədbirlər görülməyəndə məsələ böyüyür. Biz bunu Gədəbəydə gördük. Hesab edirəm ki, böyük bir narazılıq yaradan xarici şirkətlə bağlı ölçü götürülməlidir, onların fəaliyyəti dəqiq yoxlanılmalı, bütün fəaliyyətləri Azərbaycan qanununa uyğunlaşdırılmalıdır. Məsələ dərindən araşdırılmalı və günahkarlar cəzasını almalıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran, düşməni acınacaqlı məğlubiyyətə uğradan Azərbaycan postmüharibə dövründə də eyni qətiyyətli addımlar artır. Ölkənin hərbi və iqtisadi qüdrəti hər keçən gün daha da artır. İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlət başçısının bəyan etdiyi kimi bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir

Struktur  islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən Azərbaycan elə güc yaradır ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.

“Dövlət başçısı onu da bəyan etdi ki, daha böyük işlər də görülməlidir. Cənab Prezident həmçinin “Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır” deyə bəyan etdi. Bu isə olduqca mühüm əhəmiyyət kəsb edir.

Müşavirədə  də vurğulandığı kimi, bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir.

Qeyd edim ki, bu sahədə də uğurlu addımlar atırıq. Bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Dövlət başçısının da qeyd etdiyi kimi, son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və  kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Bir sözlə, görünüən odur ki, Azərbaycan hərbdə olduğu kimi, diplomatiya cəbhəsində inamlı addımlarını davam etdirir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq.

Davamlı inkişaf yolu ilə irəliləyən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə artmaqdadır. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Bunu Prezident cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir. Ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır. Eləcə də dövlətimizin büdcəsinin 36 milyard manatı ötməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir”.

İşğaldan  azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası və ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir: “Büdcə gəlirlərinin artması imkan verib ki, bu istiqamətdə işlər daha sürətlə və uğurla icra edilsin. Qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. O ki qaldı ölkəmizin hərbi gücünə, sözsüz ki, bu, müzakirə olunmazdır. Çünki beynəlxalq aləm 44 günlük Vətən müharibəsində buna şahid oldu. Müharibədən sonra da Azərbaycan öz hərbi potensialına diqqəti artırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək Komando hərbi hissələri yaradılıb. Bütün bu tədbirlər ancaq müdafiə məqsədilə edilir. Bildiyimiz kimi, dünyada son dərəcə mürəkkəb proseslər gedir, beynəlxalq hüququn prinsiplərinə hörmət olunmur. Biz bunu həm də 30 illik işğal dövründə öz həyatımızda yaşamışıq. Odur ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatı üçün Ordumuz daha da güclü olmalıdır və bu belədir”.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəlliməsi Bəhriyyə Rəhimova

 

 

Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi.

11 iyul 2023-cü il tarixdə keçirilən müşavirədə dövlətimizin başçısı cənab İlham Əliyev ekoloji məsələyə də toxundu və konkret tapşırıqlarını verdi. Təbii ki, bu, kifayət qədər aktual məsələdir və ekoloji problemlər dünyanı ən çox narahat edən məqamlar sırasındadır. İşğal dövründə Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi ekoloji terror dəhşət saçırdı. Meşələr qırılırdı, çaylar çirkləndirilirdi. Prezidentimizin ifadə etdiyi kimi, həmin ərazilərdə 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən məhv edilib. İllərdir, Azərbaycana qarşı təcavüzkarlıq edən və ekoloji terror törədərək dolayısıyla dünyaya təhlükə yaradan Ermənistan durmaq bilmir. Ekoloji terror konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ermənilər ağaclarımızı yandırır, içməli sualımızı çirkləndirərək yenə də insanlarımıza zərər vururlar. İnsan ölümünə səbəb olan bu hallara isə artıq göz yummağımız mümkün deyildir. Xüsusən, ərazilərimizdə təbii sərvətlərimizi qeyri-qanuni şəkildə istismar edir, bunun sayəsində ekologiyamıza zərər vururlar. Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edir. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirib. Ermənistan bu gün də Azərbaycanla yaxın ərazilərində ekoloji tarazlığı pozur, bu sahədə beynəlxalq hüququn müddəalarına məhəl qoymur, çayları, təbiəti çirkləndirən müəssisələr tikir. Ekologiyanın təhlükə altına alınması ümumilikdə insanlıq əleyhinə yönəlmiş cinayətdir və Ermənistan bu işindən əl çəkməlidir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb.

Dövlətimizin  başçısı keçirdiyi müşavirədə ölkəmizdə bərqərar olan sarsılmaz sabitliyi pozmaq düşüncəsində olan şəxslərə öz yerlərini göstərdi və bəyan etdi ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb: “Bu, o deməkdir ki, heç kim Azərbaycanda hökm sürən sabitliyi, əmin-amanlığı poza bilməz. Vətəndaşlarımız öz dövlətlərinin ətrafında sıx birləşərək xoşbəxt və firavan həyat yaşayırlar. Təbii ki, bu nailiyyətlərdə Azərbaycan polisinin fədakar əməyi danılmazdır. Onlar gecə və gündüz dövlətimizin və xalqımızın təhlükəsizliyini vicdanla yerinə yetirir, qanunun keşiyində etibarlı dayanaraq cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərilərinə düşən funksiyaları yüksək peşəkarlıqla icra edirlər. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan polisi dünyanın ən nümunəvi polisidir”.

Prezident cənab İlham Əliyev müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərə xüsusi diqqət yetirib. O, bildirib ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Ölkə başçısı şəxsən 30 yaşayış məntəqəsinin – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak edib. İşğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə fəal inşaat işləri aparılır. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. Xüsusi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın