21.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qürur duyulası hal və ali ədalətin təntənəsi

Qürur duyulası hal və ali ədalətin təntənəsi

Qürur duyulası hal və ali ədalətin təntənəsi.

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Laçın rayonunun strateji əhəmiyyətini bu cür vurğulamışdı: “Laçın rayonu həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir… Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərdən, strateji nöqteyi-nəzərdən Laçın rayonu çox böyük əhəmiyyəti olan rayondur”. Bu gün ölkəmiz öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirir. Bütün çirkin iftiralara rəğmən, ölkəmiz öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsini qurduğu elə ilk gündən Qarabağ bölgəsində yaşayan etnik azlıq olan erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişini şəffaf şəkildə təmin etməkdədir. Azərbaycan hər zaman olduğu kimi, ədalətin tərəfdarı olmaqla bundan sonra da qətiyyətli şəkildə öz haqlı mübarizəsini davam etdirəcəkdir. Bütün bu kimi haqsız ittihamlara rəğmən, Azərbaycan tərəfi hər zaman dürüstlük, mübarizə və qətiyyət nümayiş etdirmişdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir”. Bu səbəbdən ölkəmiz səsləndirilən cəfəng iddiaları haqlı olaraq qətiyyətlə rədd edir.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən, sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.

Azərbaycan tərəfi hər zaman əməkdaşlığa, o cümlədən, iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır. Əgər Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsini və inkişaf etməsini, sivil dünyanın bir parçası olmasını istəyirsə, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkməli, xarici siyasət kursunu düzgün planlaşdırmalı, konstruktiv danışıqlara yaşıl işıq yandırmalıdır. Bunun üçün Ermənistan ölkəmizlə sülh razılaşmasının əldə olunmasında istəkli və qərarlı olduğunu açıq şəkildə nümayiş etdirməli, regionda qalıcı sülhün yaradılması üçün ilk növbədə həlli zəruri məsələləri icra etməlidir. Bunlardan ən başlıcası isə qarşılıqlı olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımalı, iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunmasına razılıq verməlidir. Xüsusilə anklavlar, yəni hələ də erməni işğalında olan Qazaxın 7 və Naxçıvanın 1 kəndinin işğalına son qoyaraq Azərbaycana – öz həqiqi sahibinə geri qaytarmalıdır. Qarabağda yaşayan etnik ermənilərlə bağlı məsələlərə gəldikdə isə, Ermənistan bu məsələyə müdaxilə etməməli, bu kimi mövzuların yalnız Azərbaycan Konstitusiyasına uyğun şəkildə həll olunmasını qəbul etməlidir.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov

 

 

İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra  regionda yaranmış yeni reallığının tərkib hissəsi.

Artıq Ermənistan anlamalıdır ki, post-müharibə dövründən sonra regionda yeni reallıqlar formalaşmış, Azərbaycan öz qətiyyətli mövqeyi ilə regionun əsas güc mərkəzinə çevrilmişdir. Bu gün Ermənistan hakimiyyəti, revanşist qüvvələr, eyni zamanda, onları himayə edən xarici qüvvələr bu faktla barışaraq, gerçəklikləri qəbul etməli və Qarabağ iqtisadi rayonunda yaşayan etnik azlıq olan ermənilərin Azərbaycana reinteqrasiyası prosesinə yardım göstərməlidirlər. Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin yaradılması humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınması təhlükəsinin də qarşısını almaqdadır. Bu xüsusda “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

Məhz Prezident cənab İlham Əliyevin qurub-yaratdığı ideal mərkəzləşdirilmiş idarəçilik mexanizmi sayəsində ölkəmizin bütün güc strukturlarının birgə koordinasiyalı şəkildə fəaliyyəti ilə çətin, lakin şərəfli və müqəddəs missiya çevik şəkildə icra edildi. Bu baxımdan, Laçında Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Beləliklə, xalqımız post-müharibə dövründən bu yana vətənin bölünməzliyini və sərhədlərində yeganə söz sahibi olduğunu düşmənə, eyni zamanda, onu bu günə qədər himayə edən, dəstəkləyən və hər cür hərbi-siyasi dəstək göstərən bütün qüvvələrə sübut etmiş oldu.

Bu gün artıq Ermənistanla sərhəddə, Həkəri körpüsündə qurulan sərhəd-buraxılış məntəqəsində pasport yoxlanış proseduru həyata keçirilir. Fədəkar sərhədçilərimiz babalarımızdan bizə miras qalan vətən torpaqlarının mühafizəsi üçün yüksək peşəkarlıqla öz müqəddəs vəzifə səlahiyyətlərini yerinə yetirirlər. Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsi də Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsində öz fəaliyyətinə başlamışdır. Gömrükçülərimiz yüksək intizam və nəzakətlə öz xidməti vəzifələrini icra edirlər. Bu, bir daha göstərir ki, ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır. Qürur duyulası hal isə ondan ibarətdir ki, bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. Otuz il özlərini “qalib, döyüşkən xalq” kimi adlandıran xəstə təxəyüllülər indi gerçəkliklə, regionda yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər. Bu səbəbdən qarşı tərəf və onu himayə edənlər sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalı, Azərbaycanla güc və hədə-qorxu dili ilə danışmağın faydasız olduğunu anlamalıdırlar.

Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-Bahar Qurbanova

 

 

 

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır.

Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad edildi.Postmüharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük Qayıdış Konsepsiyası qəbul edilərək bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar, kommunikasiya xətləri çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün lazımi işlər görülür. Ən başlıcası isə görülən işlər, bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir.23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır. Əldə olunmuş bu tarixi nailiyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.Bu gün Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar.
Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyimizə yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.Qarşı tərəf anlamalıdır ki, həm Ermənistanın, həm də onu himayə edənlərin bu cür yanaşmaları bölgəmizdə sülhə və inkişafa xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, gələcəkdə yaranacaq hər hansı mənfi hallara görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Azərbaycan hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır.Sərhəd-buraxılış məntəqəsinin yaradılması humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika və silah-sursatın, xüsusilə minaların daşınmasının qarşısını alır. Məlumat üçün onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırıldıqdan bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla, ümumilikdə 299 nəfər vətəndaşımız mina terrorunun qurbanına çevrilmişdir. Onlardan 55-i həlak olmuş, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu xüsusda Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.Laçında Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Zəfərdən sonra əldə edilmiş əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Bu gün artıq Ermənistanla sərhəddə, Həkəri körpüsündə qurulan sərhəd-keçid məntəqəsində pasport yoxlanışı həyata keçirilir. Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsi də Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsində fəaliyyətə başlamışdır. Bir sözlə, ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır.“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir.

 Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov

 

 

İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallığının tərkib hissəsi.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu.

Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan ərazilərində bir sıra qanunsuz fəaliyyətlər göstərmişdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı məğlubiyyətə uğradaraq torpaqlarımzı işğaldan azad etdi. Əlbəttə ki, bununla bütün dünya azərbaycanlıları qürurlu anlar yaşadı. Artıq iğşaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır.Böyük qayıdış konsepsiyası qəbul edilərək, bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur, kommunikasiya xətləri çəkilir. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün nə gərəklidirsə edilir.Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək sərəhdlərinin nəzarərtini yükəsk səviyyədə həyata keçirir. Həmçinin Azərbaycan öz sərhədlərinin toxunulmazlığının təmin olunması ilə bağlı bütün gərəkən işləri görür və dövlət təhlükəsizliyinin pozulmasına yönəlik bütün təhdidlərə cavab vermək əzmindədir. Ermənistan və himayədarları daha çox Qarabağda qanunsuz yerləşdirdikləri erməni silahlı birləşmələrinin ordumuz tərəfindən çıxarılmasından, eyni zamanda separatçıların tərksilah olunmasından narahatdılar.Bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu gün Ermənistan bununla bağlı nə qədər oyunbazlıq etsə də onlar bununla barışmaq məcburiyyətindədir. Təbii ki, Ermənistan adəti üzrə hay-küy salaraq Azərbaycanı erməniləri blokadaya alması kimi sərsəm fikirlər yürüdür və himayədarları da bu və ya digər şəkildə onların səsinə səs verir. Anlamırlar ki, bu kimi görüntüləri ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edirlər ki, bu cəhdlər də artıq öz effektini itirib. Beynəlxalq aləm də bilir və qəbul edir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Odur ki, Ermənistan və himayədarları daxili işlərimizdən əllərini çəksələr yaxşıdır.Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır.

Bu gün Azərbaycan elə bir uğurlara imza atır ki, artıq Ermənistan öz çirkin niyyətləri ilə onun üzərinə kölgə sala bilməz. Cəhdlər edəcək, amma boş çıxacaq. Çünki Azərbaycan əldə etdiyi uğurlarla, qələbə ilə kifayətlənməyəcək, daha güclü dövlətə çevrilmək üçün bütün gücünü ortaya qoyacaq. 44 günlük Vətən müharibəsindən sonra biz ancaq hərbi-siyasi qələbəmizin sevinci ilə geri aldığımız torpaqlarımızda quruculuq işlərimizi aparırıq, insanlarımız öz yurd-yuvalarına qayıdır, Qarabağa isti nəfəs gəlir. Bir sözlə bu sevincimizi, böyük qələbəmizi itirmək fikrində deyilik. Əksinə, cənab Prezidentimizin qətiyyətli addımları ilə daha böyük uğurlara doğru irəliləyirik.

 Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-Bahar Qurbanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın