21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyevin mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxışı Azərbaycanı sevənlərə və sevməyənlərə mesajdır

Prezident İlham Əliyevin mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxışı Azərbaycanı sevənlərə və sevməyənlərə mesajdır

Prezident İlham Əliyevin mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxışı Azərbaycanı sevənlərə və sevməyənlərə mesajdır

 

104 il əvvəl qurulan, müsəlman aləmində ilk Xalq Cümhuriyyəti olaraq dünya tarixinə parlaq səhifə kimi yazılan Azərbaycan Xalq Cümhuriyyəti, çox təəssüf ki, cəmi 2 il yaşadı və süquta uğradı.

Nəhayət, 1990-cı illərin əvvəlində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və artıq 30 ildir ki, xalqımız azad yaşayır.

Qürurverici haldır ki, ötən 30 ildə qardaş Türkiyə daim ölkəmizin yanında olub, bizə qardaşlıq dəstəyi verib və bu qüdrətli ölkə bu gün də yanımızdadır, Türkiyə-Azərbaycan yenə bir yerdədir. Bu isə təsadüfi deyil. Axı, Türkiyə və Azərbaycan tarixən yaxşı günlərdə də, çətin günlərdə də bir-birinin yanında olub, bu isə bölgəmizə sülh və barış gətirib. Üstəlik, Prezident İlham Əliyevin “TEKNOFEST Azərbaycan” festivalında dediyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsinin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh, inam verdi və xalqımız bunu heç vaxt unutmayacaq.

Türkiyə-Azərbaycan qardaşlığının ən parlaq sübutlarından biri də Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərlərinin Azadlıq meydanında çiyin-çiyinə addımlamaları idi. Bu hadisənin 2021-ci ilin Zəfər paradında da təkrarlanması düşmənlərimizə göz dağı oldu.

Bizim qardaşlığımızın ən möhkəm bağlarından biri də Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaldan tarixi Şuşa Bəyannaməsidir. Bu müttəfiqlik siyasətimizi də, iqtisadi əlaqələrimizi də, enerji, nəqliyyat layihələrimizi də, mədəniyyətimizi və təhsilimizi də, ordu quruculuğumuzu da əhatə edir. Hər kəs görür ki, güclü Türkiyə güclü Azərbaycan deməkdir və bu güc sayəsində ölkələrimiz dünyada real güc mərkəzinə çevrilir.

Dövlətimizin başçısının dediyi kimi, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında mühüm rolu olan  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları da çox əlamətdar hadisədir. Bu insanlar gənclərə örnəkdir, nümunədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST”dəki çıxışında xatırlatdığı kimi, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə bərabər olmuşlar və həmişə də bərabər olacaqlar, biz kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlət, iki xalqıq, Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğrunu söyləməkdən, haqlı mübarizəmizdən geri durmadıq və durmayacağıq. Çünki biz tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladları, harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli millətin nümayəndələriyik.

 

İsaməddin Əhmədov-Zərdab rayon “Əkinçi” qəzetinin redaktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın