19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada iştirak edərək geniş çıxış edib. Hazırda Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur.Ən başlıca amil Azərbaycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkəmizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır. Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxımından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezident cənab İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vurğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdar oldu.  Prezident cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri mühüm önəm daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib.Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub.  Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir.Belə bir əməkdaşlığın təməlində isə təbii ki, Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkəmizin qlobal siyasətdə aktora çevrilməsi amili həlledici rol oynayır. Azərbaycan rəhbərinin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı.Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumundakı çıxışında dİtaliya ilə münasibətlərin ümumavropa önəmi daşıdığını vurğuladı: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə, təqribən, 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir.Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”. Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə enerji sahəsində ikitərəfli əməkdaşlığın getdikcə möhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. Dost ölkənin “Eni S.P.A” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi yüksək dəyərləndirilib və bu qurumların üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikirlər səsləndirilib.

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.

 

 

 

Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır.

Ölkə başçısı Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı yüksək səviyyəli Azərbaycan-İtaliya münasibətlərindən geniş bəhs etdi. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Ölkələrimiz arasında əməkdaşlıq bir çox sahəni əhatə edir. Bura enerji, ticarət və humanitar sahələr aiddir. Bu əlaqələrin əsasını ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi təmaslar təşkil edir.Prezident İlham Əliyev Forumda Azərbaycanın İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təzhizatçısı olduğunu vurğulayaraq ölkəmizin bu sahədə olan potensialına da diqqət çəkdi. Azərbaycan təkcə İtaliyanın deyil, ümumilikdə 10 ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Müasir dövrdə enerji təhlükəsiziliyi milli təhlükəsizliyin ayrılmaz bir parçası hesab edilir. Bu baxımdan Azərbaycan Avropa ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsində çox böyük əhəmiyyətə mailk olan dövlətdir. Çernobbio Forumundakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın haqq işinə xüsusilə diqqət çəkərək xatırlatdı ki, ölkəmiz 30 il Ermənistanın işğalı ilə üz-üzə qaldı və beynəlxalq təşkilatların qərarları, qətnamələri icra edilmədi. ATƏT-in Minsk qrupunun da heç bir əməli fəaliyyətinin olmadığını bilridən ölkə başçısı ədalətin və sülhün təmin olunmasında beynəlxalq hüququn kifayət etmədiyini vurğuladı.Məhz Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz cəsarəti, real gücü hesabına  ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da ölkəmiz bir nümunə yaratdı. Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş regionda geosiyasi dəyişiklik yaratdığını qeyd edən ölkə başçısı sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizin razılaşdırıldığını açıqladı. Sərhəddin delimitasiya prosesinin başlanması, həmçinin kiçik bir hissənin demarkasiyası Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, sülh sazişinin imzalanması yalnız Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Çünki Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında əlaqələrin qurulmasında maraqlıdır.  Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması da məhz Azərbaycanın iştirakı ilə mümkündür. Beynəlxalq Çernobbio Forumunda Rusiya-Ukrayna münaqişəsinə münasibət bildirərkən Prezident İlham Əliyev Azərbaycanın hər iki ölkənin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan etdi. Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən ölkəmizə müraciət edildiyini açıqlayan ölkə başçısı Azərbaycanın hər iki ölkə ilə təmaslar qurduğunu və ciddi irəliləyiş üçün zəmin olduğunu diqqətə çatdırdı. Həmçinin buradan bu qənaətə gəlmək mümkündür ki, Rusiya-Ukrayna münaqişəsin danışıqlar yolu ilə həllində Azərbaycan vasitəçi ölkə ola bilər.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.

İtaliyaya işgüzar səfəri çərçivəsində ölkə başçısı cənab İlham Əliyev bu ölkədə bir sıra əhəmiyyətli görüşlər keçirib. Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlətlərarası əlaqələrin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olunub. Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə (18.122 milyard dollar) qeydə alınıb. Bu kəskin artım Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür.Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir. Bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir. Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın