Türkiyədə azərbaycanlı reperlə bağlı araşdırma başladıldı
Son zamanların populyar sənətçilərindən olan Asya Əlizadə musiqi və kliplərindəki ifadələrlə gündəmdə qalmağa davam edir.
Qafqazaz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Asya Əlizadə, LvbelC5 və Akdo-nun “Kahpe” mahnısı ilə bağlı araşdırma başladılıb.
Buna mahnının məzmunu və klipdəki seksual səhnələrin səbəb olduğu bildirilir.
Aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq mahnı və klip yayımdan qaldırıla bilər.
Hələlik rəsmi açıqlama verilməsə də, sosial mediada mövzu ilə bağlı müzakirələr davam edir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın