Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən vətəndaşların səyyar qəbulu keçirilib
Zərdab rayonunun İsaqbağı kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
Qanunla.Az xəbər verir ki,qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın