29.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Şamaxı” ilk oyununda məğlub oldu

  • İDMAN
  • 09 Aprel 2022
  • 955 BAXIŞ SAYI
“Şamaxı” ilk oyununda məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Qafqazaz.com xəbər verir ki, turun açılış matçında “Şamaxı” və “Neftçi” komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı ilk qarşılaşma kimi tarixə düşən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. “Neftçi”nin “Şamaxı”da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı “Şamaxı”nın üstünlüyü ilə başa çatıb – 1:0.

Fasilədən sonra fəallığını artıran “Neftçi” 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.

Bununla da “Neftçi” xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib. 20 xala malik “Keşlə” isə 6-cı mövqedə qalıb.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın