22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır.

Azərbaycan dövlət müstəqilliyini elan etdiyi ilk illərdə yaranmış siyasi və iqtisadi hərc-mərclik qlobal arenanın siyasi subyekti kimi ölkəmizin sərbəst fəaliyyətinə maneələr yaradırdı. Ümummili lider Heydər Əliyevin xilaskar rəhbər kimi dövlət müstəqilliyimizi yox olmaqdan xilas etməsi missiyası sonrakı mərhələdə dövlət quruculuğu strategiyası ilə davam etdirildi.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası son 18 ildə nəinki müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırdı, həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, bütövlükdə, dünya siyasi proseslərində söz sahibinə çevrildi. Məhz Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublikası Türk Dünyası və İslam ölkələri arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birliyinin Şərqdə ən etibarlı strateji müttəfiqlərindən birinə çevrilmişdir.

Qarşıdurmalar və konfliktlərlə müşahidə olunan müasir dünya düzənində Azərbaycanın ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqe tutur. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir. Məhz bu səbəbdəndir ki, qurumun bir çox tədbirlərinə Bakı ev sahibliyi edir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin rolunun gücləndirilməsi” formatında müəyyən edilməsi də təsadüfi deyil. Müharibələr və siyasi konfliktlərlə zəngin olan müasir siyasi düzəndə Bakının dünyaya sülh və inkişaf mesajı verməsi xüsusi bir hadisədir.

Prezident İlham Əliyev konfransda Azərbaycanın ötən dövrdə Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə fəal şəkildə cəlb olunmasının məntiqi nəticəsi olaraq ölkəmizin bu nüfuzlu quruma sədrlik etmək üçün namizədliyinin yekdil şəkildə dəstəklənərək qəbul edildiyini mənmumluqla xatırladı. Bundan başqa, dövlətimizin başçısı 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin uzadılmasını ölkəmizə əlavə bir etimad və fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Azərbaycanın 30 ildən bəri təcavüzkar Ermənistanın işğalına məruz qaldığını, 2020-ci ilin payızında apardığı Vətən müharibəsində haqlı tərəf kimi ədaləti və eyni zamanda, beynəlxalq hüququ bərpa etdiyini söyləyən dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bəzi ölkələlər həmin zaman Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyasına başladılar.

Prezident daha sonra qeyd etdi ki, bütün bunlar azmış kimi, bəzi ölkələr işğalçıya qarşı mübarizəmizə mane olmaq məqsədilə bu məsələni BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız bizə qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Azərbaycan Prezidenti xalqımızın Qoşulmama Hərəkatının bu ədalətli və qətiyyətli mövqeyini heç vaxt unutmayacağını məmnunluqla bəyan etdi və bu tarixi həmrəyliyə görə minnətdarlığını ifadə etdi.

Bu günə və sabaha yönəlik fəaliyyəti ilə bəşəri ümidlər doğuran bu təsisatın Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlməsi və ilk addımını Bakıda atması ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq göstəricisidir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir.

Konfrans iştirakçılarının Şuşaya səfəri isə Azərbaycanın haqq davasına və ərazi bütövlüyümüzə vacib beynəlxalq dəstəkdir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, çağdaş əməkdaşlığa verdiyi töhfəsidir

 

Sürəyya Zeynalova

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın