18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun gözlərimiz önündə, sözün əsl mənasında, yenidən doğulmasının şahidi oluruq

Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun gözlərimiz önündə, sözün əsl mənasında, yenidən doğulmasının şahidi oluruq

Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun gözlərimiz önündə, sözün əsl mənasında, yenidən doğulmasının şahidi oluruq

Zəngin tarixi və mədəniyyəti ilə tanınan Füzuli rayonunda qədim yaşayış məskənləri, tarixi abidələr və təbii gözəlliklər var. Füzulidə aparılan abadlıq və yenidənqurma işləri, şəhərin və rayonun modernləşdirilməsi geniş miqyasda həyata keçirilir. Reallaşdırılan layihələr əraziyə həyat qaytarmaq və Füzulini müasir yaşayış mərkəzinə çevirmək məqsədi daşıyır. Burada yeni infrastrukturlar, o cümlədən yaşayış binaları, məktəblər, xəstəxanalar və yollar inşa edilir. Füzulinin gələcəkdə daha da inkişaf edərək Qarabağın iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır.

Füzuli Ermənistanın işğalı nəticəsində ən çox virana, talana və dağıntıya məruz qalmış rayonlardan biridir. Postmüharibə dövründə isə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Füzuli sürətlə yenidən qurulan və abadlaşan rayona çevrilib. Bu mənada, ilk növbədə Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı qeyd edilməlidir. Cəmi 9 ay ərzində ən müasir standartlara cavab verən hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətindən, cənab İlham Əliyevin möhkəm siyasi iradəsindən və uzaqgörən strateji baxışından irəli gəlir. Bu hava limanı Füzulinin xüsusən Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolu oynadığını birmənalı surətdə təsbit edir.

44 günlük Vətən müharibəsinin gedişatında, 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi Qarabağ probleminin həllində və ölkəmizin ərazi bütövlüyünün bərpasında mühüm bir dönüş nöqtəsi kimi qəbul edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Gününün təntənəli şəkildə qeyd edilməsi qüdrətli və qalib Azərbaycan reallığını ifadə etməklə yanaşı, xalqımızın böyük sevincinə səbəb olub.

Füzuli rayonunun azad edilmiş ərazilər üçün rolu və əhəmiyyəti təkcə hava limanının inşası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun, o cümlədən Şuşanın azad edilməsinə doğru aparan Zəfər yolu məhz Füzulidən başlayır. Qəhrəman əsgərlərimizin faktiki olaraq yolsuzluq şəraitində irəliləyərək addım-addım canları və fədakarlıqları bahasına açdıqları cığırın üzərində Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, eləcə də Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası rayonun Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və məskunlaşması üçün hansı önəm daşıdığını əks etdirir.

Nəhayət, bütün bu infrastruktur layihələrindən başqa, füzulilərin doğma yurda qayıtması və məskunlaşması üçün sosial obyektlərin inşası, infrastrukturunun yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması Füzuliyə həyatın yenidən qayıtması müjdəsini verir.

Rayon ərazisində kənd təsərrüfatının inkişafı üçün aqroparklar salınır, eyni zamanda, yeni sənaye müəssisələri tikilir ki, bu da yerli iqtisadiyyatda canlanma deməkdir. Həmçinin turizm potensialının artırılması istiqamətində tarixi və təbii məkanların yenidən bərpası bölgəyə turist axınının artmasına şərait yaradır. Şəhərin abadlaşması çərçivəsində yeni parklar və yaşıllıq zonaları salınır. Bu layihələr, ərazinin ekoloji vəziyyətini yaxşılaşdırır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Füzuli uğrunda çox şiddətli döyüşlələrdə düşmən güclü müqavimət göstərsə belə, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını uğurla yerinə yetirdi

Füzuli şəhəri uğrunda gedən döyüşlər ordumuzun Vətən müharibəsinin cənub-şərq cəbhəsində ən uğurlu və mühüm döyüşlərindən biri kimi yadda qaldı. Füzuli əməliyyatı ordumuzun hərbi qüdrətini, peşəkarlığını bir daha təsdiqlədi və bütün dünyaya sübut etdi ki, heç bir qüvvə hərbçilərimizin işğalçılara qarşı yönəlmiş qələbə əzmini sarsıda bilməz. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi Ordumuz yüksək peşəkarlıq, məharət, cəsarət, fədakarlıq göstərərək, otuz il ərzində yaradılan və bir çoxlarının “keçilməz” saydıqları istehkamları aşaraq qısa müddət ərzində rayonun əksər kəndlərini və Füzuli şəhərini düşməndən azad etdi. Şərəfli ordumuz Füzuli şəhərini azad etməklə Qarabağın incisi Şuşa şəhərinə doğru irəliləmək imkanı qazandı və bu uğurlu hərbi əməliyyat erməni qəsbkarlarının müqavimət əzmini, iradəsini qırdı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək qaçmağa məcbur oldu. Beləliklə, Füzuli qəsbkarlardan təmizləndi. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli rayonuna səfər etdilər. Dövlət başçımız tərəfindən bayrağımızın Füzulidə qaldırılması müasir tariximizin şanlı səhifələrindən biri kimi yadda qaldı. İşğal illərində düşmən vandalizminə məruz qalan Füzuli rayonunun şəhər və kəndləri, infrastrukturu, tarix-mədəniyyət abidələri düşmən tərəfindən amansızcasına talan olunaraq dağıdılıb. Ancaq bu gün Azərbaycan erməni işğalının izlərini silir, Füzuliyə həyat qayıdır, yol, energetika, su, nəqliyyat infrastrukturunun tikintisi işləri sürətlə davam edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Qarabağın hava qapısı” sayılan Füzuli Beynəlxalq Hava Limanı bu gün böyük təyyarələri qəbul edir. Füzuli şəhəri işğaldan azad edilmiş bütün ərazilər kimi dirçəlir, inkişaf edir, əsl sahiblərinə qucaq açıb. Deputat yekunda qeyd edib ki, bu gün şəhər gününü təntənəli şəkildə qeyd etdiyimiz Füzulidə xarabalıqlar yerində yeni həyat alovlanır və füzulililər bu əlamətdar günü el-obalarında firavan və xoşbəxt həyat yaşamaqla qeyd edirlər. Bu, tək füzulililərin yox, bütün Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan və qurucu Prezident İlham Əliyevə əbədi minnətdarlıq hissidir.

Azərbaycan otuz il düşmən işğalına dözmək məcburiyyətində qaldı. Amma işğal və onun nəticələri ilə, o cümlədən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları, yüz minlərlə soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınması, ziyarətgahlarımızın dağıdılması, şəhər və kəndlərimizin talan edilməsi ilə barışmadı. 44 günlük müharibədə Azərbaycan erməni silahlı qüvvələrini şəhər və rayonlarımızdan təmizlədi. Vətən savaşında qalib Azərbaycan ordusunun tək uğuruna yox, həm də cəsarət və qəhrəmanlığına görə əvəzolunmaz əməliyyatlarından biri də Füzuli şəhərinin işğaldan azad olunması idi. Erməni qəsbkarlarının zülmü altında xarabaya çevrilən Füzuli şəhərinin azad olunması strateji əhəmiyyət daşıyırdı. Çünki əsası 1827-ci ildə qoyulan Füzuli şəhəri Qarabağın qapısı hesab edilirdi. Belə mühüm coğrafi mövqeyə malik şəhərin azad olunmasının böyük strateji əhəmiyyəti var idi. Buna görə də Füzuli uğrunda çox şiddətli döyüşlələrdə düşmən güclü müqavimət göstərsə belə, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını uğurla yerinə yetirdi.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın