Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək
Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək
Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişaf etdiyi istiqamətlərdən biridə Təhlükəsizlik məsələlərində də əməkdaşlıq sahəsidir. Bu ilin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında Dövlətimizin başçısının dediyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”. Türk Dünyası ölkələri, bir-birinin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi təlimlər və qarşılıqlı dəstək verirlər. Regional təhlükəsizlik məsələlərində birgə mövqelərin ortaya qoyulması, bu əməkdaşlığın vacib bir hissəsidir.
Azərbaycan, Türk Dövlətləri Təşkilatının inkişafı və fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra maliyyə və praktiki dəstək tədbirləri həyata keçirib. Türk Dövlətləri Təşkilatının, Türk Dövlətləri arasındakı əməkdaşlığı təşviq edən bir təşkilatdır və bu əməkdaşlığın müstəvisində Azərbaycanın rolunun əhəmiyyəti artmaqdadır. Azərbaycan, Türk Dövlətləri Təşkilatının fəaliyyəti və məqsədlərinə dəstək olmaq üçün bir neçə sahədə maliyyə dəstəyi təqdim edib. Bu dəstək, həm təşkilatın inzibati işlərinin həyata keçirilməsi, həm də üzv ölkələr arasında iqtisadi və sosial inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədini güdür. Prezident cənab İlham Əliyev Bişkekdə Azərbaycanın Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcəyini vurğulayıb: “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”. Azərbaycan, Türk Dövlətləri Təşkilatının fəaliyyətlərinin daha effektiv və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün təşkilatın infrastrukturu və idarəçiliyinə dəstək verir. Bu, Türk Dövlətləri Təşkilatının mərkəzi ofislərinin yerləşdiyi ölkələrdə təşkilatın fəaliyyətinin təmin edilməsi və inkişaf etdirilməsi üçün mühüm maliyyə vəsaitlərinin ayrılmasını əhatə edir. Azərbaycan, Türk Dövlətləri Təşkilatının çərçivəsində həyata keçirilən ticarət və iqtisadi əməkdaşlıq layihələrinə dəstək verir. Bu layihələrə sərmayə qoyuluşu, müxtəlif regionlarda iqtisadi layihələrin həyata keçirilməsi və beynəlxalq ticarət əlaqələrinin inkişafı daxildir. Azərbaycanın strateji mövqeyi və iqtisadi potensialı, bu əməkdaşlığın daha effektiv olmasına imkan verir. Təhsil və mədəniyyət sahələrində birgə fəaliyyətlər təşkil etmək və bu sahələrdəki təşəbbüsləri maliyyələşdirmək üçün Azərbaycan da Türk Dövlətləri Təşkilatının təşəbbüslərinə maddi dəstək verir. Türk Dünyası ölkələri arasında təhsil proqramlarının və mədəniyyət layihələrinin həyata keçirilməsi bu əməkdaşlığın əsas hissəsidir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini