18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən  döyüş meydanında məğlub olarkən , qaçarkən , 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən  döyüş meydanında məğlub olarkən , qaçarkən , 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən  döyüş meydanında məğlub olarkən , qaçarkən , 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı.

 

Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi.

Ermənistan işğal tarixindən 27 sentyabr 2020-ci il tarixinədək Azərbaycan dövlətinə qarşı təhdidlərlə çıxış edirdi. Düşmən ölkə rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” aparmaq iddiasında idi.Nəticədə düşmənin bu fikri iflasa uğradı, anladılar ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Bəli, Azərbaycan dövləti artıq əvvəlki deyil, Azərbaycan güclü dövlətdir, ən müasir silahlarla silahlanmış ordusu var.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də  canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və  müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaşda qazanılan qələbə   şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru  – Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın