16.06.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək

  • MANŞET
  • 14 May 2024
  • 2.836 BAXIŞ SAYI
44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək.

Bildiyimiz kimi, artıq şanlı tarixə çevrilmiş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı ilə qazanılan şanlı tarixi qələbəmizdir. 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.

Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz. Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız inanırdı ki, bu gün gələcək. Cari ilin 10 may tarixində Prezident İlham Əliyev Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşdü və bu, şuşalıların həyatına unudulmaz anlar kimi yazıldı. 2024-cü ilin 10 may tarixi xalqımızın və şuşalıların yaddaşına əbədi həkk olundu. Tarixi hadisədən söz açan ölkə başçısı bildirdi ki, otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Ölkə rəhbərinin söylədiyi kimi, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Dövlət başçısının vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə – bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Bundan sonra bu torpaqlarda musiqi sədaları səslənsin.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir

Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın 10 may 2024-cü il tarixində Şuşa şəhərinə səfəri baş tutmuşdur. Bu tarix Prezidentin Şuşa sakinləri ilə görüşü zamanı dediyi kimi Şuşanın yeni tarixinin başlanğıcı idi. Bildiyimiz kimi otuz iki ildən sonra artıq Şuşada yeni həyat başlayır. Şuşalılar düşməndən azad olunmuş öz doğma yurdlarına, el-obalarına geri dönüş edirlər. Təbii ki, bu çox mühüm tarixi hadisədir. Digər mühüm əhəmiyyəti isə bu tarixi hadisənin məhz Ulu Öndər Heydər Əliyevin 101 illiyi günü baş tutmasıdır. Hər kəsə məlumdur ki, işğal olunmuş torpaqlarımızı azad görmək, sakinlərin yurdlarına geri qayıdışını təmin etmək Heydər Əliyevin ən böyük amalı, arzusu idi və əsas hədəf bu arzunu reallaşdırmaq üzrə qurulmuşdu. Ümummilli liderin başlanğıcını qoyduğu və vəsiyyəti olan bu hədəfin reallaşdırılması Prezident İlham Əliyevin sonlandırması ilə nəticələndi. Ulu Öndər Ümummilli  liderimiz Heydər Əliyevin vaxtı ilə söylədiyi “Şuşa bütün azərbaycanlılar üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir… Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur” fikri yəqin ki, hər kəsin yadındadır. Ulu  Öndərin yəqin bu sözləri də yaddaşlarda həkk olunub. “İnanıram ki mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Bu belə də oldu. Ali Baş Komandanımız,möhtərəm Prezidentimiz İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək “Əziz Şuşa”mızı bizə qaytardı. Şuşa böyük Zəfərimizin təntənəsi, milli qururumuzun simvolu oldu.

Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gələrək ərazi bütövlüyünü bərpa etdi. Otuz illik erməni işğalına son qoymaqla rəsmi Bakı regionda yeni geosiyasi mənzərənin bünövrəsini qoydu. Dörd il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlamış Vətən müharibəsinin gedişində, noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinin birdəfəlik həllini təmin etdi.

Bütün xalqımız üçün əziz və son dərəcə əlamətdar olan bir gündə, may ayının 10-da Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərə onlar üçün inşa edilmiş mənzillərin açarlarını təqdim etdilər. Bu tarixi hadisənin məhz Ulu Öndərimizin doğum gününə təsadüf etməsi əlbəttə ki, böyük rəmzi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi və buna bütün varlığı ilə inanırdı ki, biz Şuşaya da, bütün digər şəhər və kəndlərimizə də mütləq qayıdacağıq. Bu gün bütün dünya Ulu Öndərimizin bu sözlərinin gerçəkləşdiyinə şahiddir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Şuşada böyük infrastruktur layihələri reallaşdırılır

May ayının 10-da Qarabağın taçı Şuşa şəhərində keçirilən növbəti tarixi hadisəyə şahidlik etdik. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Şuşanın bərpası və yenidənqurulması planı çərçivəsində icra olunan layihələr paralel şəkildə bir neçə mühüm istiqamətdə aparılır. Bu istiqamətlərdən biri də şəhərdə dayanıqlı infrastruktur quruculuğunu əhatə edir.

Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad ediblər.
Ötən il həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan tarixi, torpaqları işğalçılardan azad edildi. bu da dövlətimizin gücünü və siyasi iradəsini göstərdi. Ərazi bütövlüyümüz bərpa edilərək Xankəndi, Xocalı, Xocəvənd, Ağdərə, Əsgəranda Azərbaycanın Dövlət Bayrağı dalğalandırıldı.

Hazırda Şuşada genişmiqyaslı quruculuq işləri gedir, böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Hazırda yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Qeyd edilməlidir ki, Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılıb. Vaqifin məqbərəsi yenidən qurulub və onun əzəli görkəmi qaytarılıb. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı olub. Eyni zamanda Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Bu gün Şuşa şəhərində artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyulub. Həmçinin dahi Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Dörülən quruculuq işlərinin sürəti və həcmi artırılır.

 Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın