04.12.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

1993-cü il dönüş nöqtəsi oldu

1993-cü il dönüş nöqtəsi oldu

1993-cü il dönüş nöqtəsi oldu.

Xalqımızın taleyində elə mühüm günlər var ki, onların önəmi, əhəmiyyəti illər keçdikcə daha dərindən dərk olunur, ən əsası o tarixlərdə gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyulur. Belə əhəmiyyətli, bugünkü reallıqlarımızın əsasında dayanan günlərdən biri, məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası kimi dəyərləndirilən bir seçimi etdi. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqımızın etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin gün Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması istiqamətində ciddi fəaliyyət həyata keçirilridi. Belə bir məqamda, yəni ölkə vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə rəhbərlik edən AXC-Musavat cütlüyü belə Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Məhz belə bir çətin dövrdə Heydər Əliyevin Bakıya qayıdışı həyata keçdi və indi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə ulu öndərin qayıdışı baş verməsəydi və 1993-cü ilin 3 oktyabrında hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman inkişaf edən, yeniləşən və güclənən Azərbaycan dövlətindən danışa bilməzdik. Məhz ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyuldu və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu. Zaman göstərdi ki, xalq öz seçimində yanılmadı. Azərbaycanın Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi: Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” kimi mühüm tarixi əhəmiyyəti olan sənəd imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməyə başladı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru addımlar atıldı və bu öz nəticələrini verməyə başladı.

1993-cü il 3 oktyabr seçkilərinin bəhrəsini bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında daha aydın görürük. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizi iqtisadi inkişaf baxımından dünyanın aparıcı dövlətlərinin sırasına yüksəldib. Əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib.

Bahar Qurbanova   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçi

 

 

Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var.

Ötən müddətdə işğaldan azad edilən ərazilərdə bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə tapşırığına əsasən, ­“AzərEnerji” ASC tərəfindən işğal dövründə dağıdılan su elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yenilərinin tikintisi barədə hesabat hazırlanıb. Həmin hesabata əsasən, bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyasının yaradılacağı nəzərdə tutulub. “Azərenerji”nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov mediaya açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması, həmçinin hidroenerji ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tapşırıqlara əsaslanılaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən, 3 ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib.Ümumi gücü 44 MVt olan 4 su elektrik stansiyasında isə hazırda avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılır və COP29 tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 SES-in istismara veriləcəyi nəzərdə tutulur. Bu stansiyalarda il ərzində 600 milyon kilovat/saatdan çox “yaşıl enerji”nin istehsal ediləcəyi planlaşdırılır. Bu da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması deməkdir. Bundan əlavə, ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyasının 2025-ci ilin birinci yarısında istismara verilməsi gözlənilir.Ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz “yaşıl enerji” hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. Perspektiv layihələr də nəzərə alınarsa, işğaldan azad olunan rayonların ərazisində icra edilmiş və icrası gözlənilən “yaşıl enerji” layihələri, ümumilikdə, 1100 MVt  təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Bölgənin 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq “yaşıl enerji” layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra Qarabağ və Şərqi Zəngəzurun  tam olaraq “yaşıl enerji” ilə təmin ediləcəyi deməkdir.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Ehtiram Osmanov  

 

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın