19.07.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

CƏNAB PREZİDENT İLHAM ƏLİYEV DÜNYA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR!

CƏNAB PREZİDENT İLHAM ƏLİYEV DÜNYA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR!

CƏNAB PREZİDENT İLHAM ƏLİYEV DÜNYA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR!

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Reportajda Cənab Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.Həmin müsahibədə “Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır”, – deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə əməli işlər həyata keçirildiyini vurğulayıb. Məsələn, dövlətimizin başçısı konkret olaraq bildirib ki, “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var”.Bəli, həqiqətən əla tədbirdir və o, əslində, bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.” Bu sözləri cənab Preziden İlham Əliyev 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsi zamanı bildirib. Cənab Prezident İlham Əliyev onu da qeyd edib ki, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a  ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bununla da Prezident İlham Əliyev COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə, eləcə də dünyanın enerji sisteminə yeniliklər bəxş edəcəyinə diqqət çəkib. Şübhəsiz, bütün bunlar ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək. Unutmayaq ki, bu gün fəlakətlərlə üzləşən planetimiz hamının evidir, onu qorumaq isə hər bir dövlətin borcudur.  Bu mənada müsbət mühit qurmaq naminə ölkələrin qarşılıqlı fəaliyyət göstərmələri olduqca vacibdir. Şübhə etmirik ki, Azərbaycan COP29 vasitəsilə bu vacib faktoru da dünyaya çatdıra biləcək.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın