20.07.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi

Prezident cənab İlham Əliyev hər dəfə  nüfuzlu beynəlxalq qurumlardakı çıxışları ilə dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Cənab Prezidentimiz həmin tədbirlərdə ölkəmizin bütün sahələr üzrə inkişafndan,  Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparlan yenidənqurma, tikinti-bərpa işlərindən, Azərbaycanın sülh tərəfdarı olmasından və Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açır. Cənab Prezident bu günlərdə  Qazaxıstanın paytaxtı Astana şəhərində  “ŞƏT+” formatında keçirilmiş görüşdə iştirakı və çıxışı ilə  yenə də dünyaya ciddi mesajlar verdi, bir sıra mühüm  əhəmiyyətli məqamları diqqətə çatdırdı. Onu da qeyd edək ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu fakt Azərbaycan ilə  quruma üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.

ŞƏT-in Zirvə toplantısının keçirildiyi Qazaxıstanla Azərbaycanla arasında müasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi gözönündədir. Belə ki, son iki ildə Prezident cənab İlham Əliyev Qazaxıstana dörd dəfə, həmin müddətdə Qazaxıstan Prezidenti  isə Azərbaycana üç dəfə səfər edib. Qarşlıqlı səfərlərin mütəmadi xarakter alması  iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Ümumiyyətlə, iki ölkə arasında əlaqələrin əsasını Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar təşkil edir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 ildən çoxdur ki, uğurla davam edir. Son illər bu əməkdaşlq bütün sahələri əhatə edir və bu gün də uğurla davam etdirlir. Cənab Prezident toplantıdakı çıxışında deyib: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Eyni zamanda, perspektiv əməkdaşlıq əlaqələrini də unutmaq olmaz. Cənab Prezident çıxışında  bu məqamları da diqqətə çatdraraq  bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Perspektiv əməkdaşlıq əlaqələri də göz önündədir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana  Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Prezident vurğuladı ki,  Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb”.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi

Rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Cəmi 24 saat ərzində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu: “Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı fikirlər səsləndirdi. Bu, hər birimizdə böyük qürur hissi doğurur”.

Şanlı ordumuzun 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir. Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi.

Ermənistan 3 ilə yaxın müddətdə üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə yetirmədi. Bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin indiyə qədər bu bənd yerinə yetirilməmişdi və bu qüvvələr davamlı olaraq hərbi təxribatlar törədirdi. Ona görə də ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaranırdı. Nəhayət, ordumuz antiterror tədbirləri həyata keçirərək 4-cü bəndi yerinə yetirmiş oldu. Bu, dövlətimizin BMT-nin Nizamnaməsinə əsaslanan müstəsna hüququdur. Ümumiyyətlə, Prezident cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qarşıya qoyduğu hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir. Otuz illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz doğma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqımızın gələcəyə əminliklə baxmasını şərtləndirdi. Regionumuz sülh və əməkdaşlıq məkanına çevrilir. Azərbaycanın mövqeyi bundan ibarətdir.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək

Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin hətta üzv olmadığı bir çox mötəbər beynəlxalq təşkilatların işində yaxından iştirakını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) cari ilin 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Dövlətimizin başçısı ŞƏT-in 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısına da qatılmışdı. Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması Prezident cənab İlham Əliyevin yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir.

Prezident cənab İlham Əliyevin 4 iyul tarixində Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə etdiyi çıxışında bir çox mühüm məqamları qeyd edib. “Görüşdə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib istiqamətlərindən birinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət sahəsi olduğunu diqqət mərkəzinə çəkdi. Dövlət başçısı bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın önəmli nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Bu imkanların maksimum effektivliklə reallaşdırılmasının təmin edilməsi üçün ölkəmizdə intensiv işlər aparılır. Yaxın perspektiv planlara Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq məsələsi daxildir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Bu transmilli layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir və sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Prezident cənab İlham Əliyevin çıxışında bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərinə dair mühüm açıqlamalar da yer almışdır. Qeyd olunmuşdur ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə əldə etdiyi qiymətli təcrübədən COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün yararlanmaq niyyətindədir. Prezident cənab İlham Əliyev hər zaman olduğu kimi prinsipiallıq və humanistlik nümayiş etdirərək bildirdi ki, Azərbaycan inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq”.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın