20.07.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur

Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən növbəti zirvə görüşündə iştirak etmək üçün Astanaya səfər edib. Azərbaycanın ŞƏT-lə əməkdaşlığının tarixi 10 ilə yaxındır. Belə ki, 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Artıq ikinci dəfədir ki, İlham Əliyev ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. Təbii ki, bu da səbəbsiz deyil. Çünki Azərbaycan yerləşdiyi coğrafi mövqe baxımından ŞƏT üçün mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, nəqliyyat və kommunikasiya xətlərinin qovşağında yerləşməsi, eləcə də enerji resursları ilə zəngiliyi səbəbindən Azərbaycan ŞƏT üçün ideal tərəfdaş hesab olunur. Azərbaycanın regional güc kimi böyük təsir imkanlarına və nüfuza malik olması, COP29 kimi dünya səviyyəli tədbirə ev sahibliyi etməsi ŞƏT-in ölkəmizlə əməkdaşlığa marağını daha da artırır. Bu da səbəbsiz deyil. İlk növbədə, rəsmi Bakı təşkilata üzv olan ölkələrin əksəriyyəti ilə dostluq və əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, ŞƏT ölkələrinin böyük iqtisadi potensialı da diqqəti çəkir. Ona görə də bu təşkilatla əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi, o cümlədən iqtisadi inkişaf baxımından mühüm perspektivlər vəd edir.
ŞƏT ilə əməkdaşlıq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşımaların artmasına da təkan verəcək. Azərbaycan-ŞƏT əməkdaşlığının təhlükəsizlik baxımından da əhəmiyyəti var. Çünki regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək.

Prezident cənab İlham Əliyev hər dəfə  nüfuzlu beynəlxalq qurumlardakı çıxışları ilə dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Dövlətimizin başçısı həmin tədbirlərdə ölkəmizin bütün sahələr üzrə inkişafından,  Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma, tikinti-bərpa işlərindən, Azərbaycanın sülh tərəfdarı olmasından və Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açır. Dövlətimizin başçısı bu günlərdə  Qazaxıstanın paytaxtı Astana şəhərində  “ŞƏT+” formatında keçirilmiş görüşdə iştirakı və çıxışı ilə  yenə də dünyaya ciddi mesajlar verdi, bir sıra mühüm  əhəmiyyətli məqamları diqqətə çatdırdı. Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu fakt Azərbaycan ilə  quruma üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.

Azərbaycanla Qazaxıstan arasında münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Son iki ildə Prezident cənab İlham Əliyev Qazaxıstana dörd dəfə, həmin müddətdə Qazaxıstan Prezidenti  isə Azərbaycana üç dəfə səfər edib. Qarşılıqlı səfərlərin mütəmadi xarakter alması  iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

Dövlətimizin başçısının toplantıda  çıxış edərək qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Eyni zamanda, perspektiv əməkdaşlıq əlaqələrini də unutmaq olmaz. Ölkə Prezidenti çıxışında  bu məqamları da diqqətə çatdraraq  bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Perspektiv əməkdaşlıq əlaqələri də göz önündədir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.

Ölkə başçısı  Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini,  onun qlobal arenada nüfuzunun və gücünün möhkəmləndirildiyini vurğulayıb. Həmçinin ölkəmizin ilin sonunda çox mühüm əhəmiyyətli beynəlxalq tədbirə sədrlik edəcəyini diqqətə çatdırıb: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir.

Dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyişikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Perspektiv əməkdaşlıq əlaqələri.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyul ayının 4-də Qazaxıstanın Astana şəhərində səfərdə olmuşdur. Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Bu il artıq Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Hal-hazırda Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir.

Son 19 ildə ölkədə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük dövlət investisiyaları qoyulub. Xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində avtomobil və dəmir yollarının beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin inkişafı nəqliyyat dəhlizləri, həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayıb, eləcə də ölkənin tranzit potensialını daha da gücləndirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində əhəmiyyətinə görə “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, yükləri quru yolla birbaşa Avropaya çatmasına imkan yaradıb. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub.

Eyni zamanda Azərbaycan alternativ dəhlizlərdən üstünlüyə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də ciddi işlər görüb. Bu layihənin nəticəsi olaraq Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olmuşdur, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən infrastrukturu daha da inkişaf etdirilməkdədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yük və sərnişin daşımalarının əhəmiyyətli dərəcədə artmasına imkan verən böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Ölkəmizin tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin “Bir kəmər, bir yol” layihəsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdən biridir. İpək Yolu İqtisadi Kəmərinin birgə təşkil olunmasına dair Anlaşma Memorandumu ölkə başçısının 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanıb. Hazırda dünya ölkələri həmin marşrutun əldə edilməsi üçün çox ciddi siyasi və iqtisadi mübarizəyə başlayıb. Çünki bu yolun keçdiyi ölkələr külli miqdarda gəlir əldə edəcəklər, bu isə onların inkişafına təkan verəcək.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisi.

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Məlumdur ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Ölkəmərimiz müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək  səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyul ayının 4-də Qazaxıstanın Astana şəhərində səfərdə olmuşdur. Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Prezident cənab İlham Əliyev də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılıb. Həmçinin Prezident İlham Əliyev bu təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş toplantısında da iştirak edib. Qazaxıstanın paytaxtı Astanada təşkil edilən toplantıya dəvət Azərbaycana olan yüksək etimadın daha bir nümunəsidir.

Müasir dövrün çağırışlarına adekvat cavab verilməsi xarici və daxili siyasətdə prioritetlərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Yaxın və uzaq ölkələrlə münasibətlərində sülhpərvər və tərəfdaşlıq əlaqələrinə önəm verən Azərbaycan da istər regional, istərsə də qlobal inkişafa təsir göstərən siyasət yürütməsilə seçilir. Belə siyasətin nəticəsidir ki, rəsmi Bakı müxtəlif ölkələrlə qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq münasibətləri formalaşdırmağı bacarıb. İkinci Qarabağ müharibəsində qalib gəlməklə Avrasiyanın strateji əhəmiyyətli bölgələrində yeni reallığın yaranmasına nail olan Bakı qlobal güc mərkəzləri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələdə davam etdirir. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) səfəri çərçivəsindəki görüşləri məhz belə deməyə əsas verir.

Azərbaycanın artan siyasi və iqtisadi qüdrəti, strateji coğrafi mövqeyi, icra etdiyi böyük layihələr ölkəmizi dünyanın cazibə mərkəzinə çevirib: Ölkəmizin sahib olduğu tranzit və nəqliyyat-logistika imkanları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasına verdiyi ciddi dəstək ŞƏT-ə üzv dövlətlərin diqqətini cəlb edir və onlar Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Təsadüfi deyil ki, təşkilatın təsisçilərindən olan Qazaxıstan prezidenti Azərbaycanın gələcəkdə bu mötəbər quruma tamhüquqlu üzv ola biləcəyinin anonsunu verdi.

Azərbaycanın bu mötəbər sammitdə iştirakı Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini və regiondakı reallıqları növbəti dəfə dünya birliyinin diqqətinə çatdırması baxımından da çox önəmlidir: “Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri bu baxımdan bizim üçün mühüm tribunadır. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıqla bağlı memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə kimi mühüm istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu istiqamətlər Azərbaycan üçün də çox vacibdir və Cənab Prezident bu sammitin yaratdığı imkanlardan istifadə edərək dünya birliyinə lazımi mesajları verir. Sammit çərçivəsində Prezident İlham Əliyevin dünya liderləri ilə keçirdiyi görüşlər, qəbul olunan qərarlar ölkəmizin dünya siyasətindəki rolunu və gücünü daha da möhkəmləndirməyə xidmət edir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

 Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir.

Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli, çoxtərəfli münasibəti var. Bu münasibətlər həm siyasi, həm də iqtisadi, mədəni əlaqələri əhatə edir. Belə əlaqələr türkdilli dövlətlərlə daha sıxdır. Azərbaycanla Qazaxıstan arasında siyasi münasibətlər etibarlı əməkdaşlığa əsaslanır və dinamikliyi ilə xarakterikdir. Son iki ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanda dörd dəfə, Qazaxıstan Respublikasının Prezidenti Azərbaycanda üç dəfə səfərdə olub. Bu fakt ikitərəfli əlaqələrin  qarşılıqlı inam, etimad əsasında davam etdiyinin təsdiqidir.
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində «ŞƏT plyus» formatında keçirilmiş görüşdə qonaq qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdı. Bu iştirak üzv dövlətlərin Azərbaycana etimadının göstəricisi kimi tarixləşdi.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi. Bu çıxış tədbirin mahiyyəti ilə səsləşməklə bərabər, Azərbaycanın belə bir mötəbər görüşə hansı səviyyədə münasibəti olduğunun göstəricisi hesab edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Bu gerçəklikləri iştirakçı dövlətlərin dünyanın nizamı baxımından qiymətləndirəcəkləri  şübhəsizdir.

Dövlətlərarası beynəlxalq tədbirlərdə hər çıxış, müəyyən mənada, bu və ya digər dövlətin xarici siyasətinin konturlarınnın göstəricisi olur.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 4-də Astanada çıxışı da bu baxımdan diqqəti çəkdi: “Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi. Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu”.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın fəaliyyətinin və tarixinin çox mürəkkəb dövründə başlanıb. O vaxt Qoşulmama Hərəkatının fəallığı get-gedə zəifləyir, nəticədə bu Hərəkat mövcud beynəlxalq təhlükəsizlik sisteminə və bütövlükdə beynəlxalq münasibətlər sisteminə o qədər də uyğun gəlmirdi. Hərəkat dünyada baş verən bir çox proseslərdən sanki kənarda qalmışdı. Ola bilsin, bu fakt həm də bir sıra obyektiv səbəblərlə bağlı idi, çünki vaxtılə Qoşulmama Hərəkatı ikiqütbü dünyada əsas qüvvə mərkəzlərini tarazlayan bir amil kimi düşünülmüşdü: bir tərəfdə sosializm düşərgəsi, digər tərəfdə kapitalizm düşərgəsi dayanmışdı, Qoşulmama Hərəkatı isə həmin düşərgələrin heç birini dəstəkləməyən, blokların qarşıdurmasında iştirak etməyən ölkələrdən ibarət idi. Sonrakı dövrdə dünyamız mahiyyət etibarilə birqütblü olanda Qoşulmama Hərəkatının funksional vasitələri fəaliyyət qabiliyyətini itirdi, sadəcə onlara ehtiyac qalmadı.

Sonrakı  illərdə Azərbaycan bu Hərəkatın qurucu qüvvəsini üzv dövlətlərin davamlı inkişafının təmin edilməsi ilə bağlı ən mühüm məsələlərin həllinə, yoxsulluğun azaldılmasına yönəldib, Qoşulmama Hərəkatının fəaliyyətinə dinamika vermək, institusional islahatları reallaşdırmaq üçün çox işlər görülüb, təşkilatın gənclər və parlament şəbəkələri yaradılıb. Dörd il əvvəl Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladığı vaxtdan indiyədək bu təşkilata yeni güc, yeni nəfəs verdi. Bu Hərəkat son illər ərzində beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətli təşkilatlardan birinə çevrilib.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın