03.02.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın gənclər siyasəti ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən bir strategiyadır-İlkin Əliyev

Azərbaycanın gənclər siyasəti ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən bir strategiyadır-İlkin Əliyev

Azərbaycanın gənclər siyasəti ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən bir strategiyadır.

Heydər Əliyevin gənclər siyasəti ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyırdı və bu istiqamətdə müxtəlif mühüm addımlar atılmışdır. O, gəncləri ölkənin aparıcı qüvvəsi hesab edir, onların intellektual və fiziki inkişafına xüsusi diqqət yetirirdi. Dahi şəxsiyyət ölkədə gənclər siyasətinin daha sistemli və məqsədyönlü şəkildə aparılmasının təmin edilməsi üçün 26 iyul 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyini yaratdı. Beləliklə ölkə gəncləri ilə birbaşa işləyən dövlət qurumu fəaliyyətə başladı. Dövlət səviyyəsində gənclərə verilən önəmin növbəti göstəriciləri 2 fevral 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi və növbəti il 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndərin 2 Fevral -Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncamı oldu. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bunu xüsusi qeyd etməliyik ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si beynəlxalq gənclər günü elan edilmişdir. Bu göstərici Azərbaycanda gənclərlə bağlı başladılan siyasətin daha sistemli və məqsədyönlü şəkildə aparılmasının sübutudur.
Heydər Əliyevin siyasətində gənclərin təhsili, vətənpərvərlik tərbiyəsi və liderlik keyfiyyətlərinin inkişafı xüsusi yer tuturdu. O, xaricdə təhsil imkanlarının genişləndirilməsini dəstəkləyirdi və bunun üçün müxtəlif dövlət proqramlarının həyata keçirilməsinə start verilmişdi.
Bu gün Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyevin gənclər siyasətini də uğurla davam etdirir. Gənclər Fondunun yaradılması, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üçün Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncam, biri-birinin ardınca icra olunan Azərbaycan Gəncliyi Dövlət Proqramları, həmçinin digər sərəncam və proqramlar bu siyasətin davamlı olduğunu göstərir. Prezident İlham Əliyevin gənclərlə görüşlərində onların ölkənin idarəçiliyində daha fəal iştirak etməsini vurğulaması və gənc nəslə xüsusi diqqət ayırması Azərbaycan gəncliyinə verilən dəyərin əyani sübutudur.
Aparılan uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan gənci artıq beynəlxalq arenalarda müxtəlif intellektual, idman yarışlarında, elm, təhsil və digər sahələrdə uğurlar qazanaraq ölkəmizi layiqincə təmsil edən, eyni zamanda öz milli dəyərlərinə sadiq vətənpərvər gənclik olaraq yetişdi. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı vətənpərvərlik ruhunu ən yüksək səviyyədə nümayiş etdirdilər və müharibənin taleyini dəyişən amillərdən biri oldular. Bu dövr Azərbaycan gənclərinin vətənə olan sevgisini ən yüksək şəkildə göstərdiyi və tarixdə qalacaq bir dönəmə çevirdi.
Gənclərin vətənpərvərlik ruhu yalnız müharibə zamanı deyil, ondan əvvəlki dövrlərdə də diqqət çəkirdi. Azərbaycan gəncləri müxtəlif platformalarda təşviqatları ilə hər zaman öz torpaqlarına sahib çıxmaq üçün hazır olduqlarını göstərdilər. Bu, həm hərbi xidmətə gedən gənclərin əzmində, həm də müharibə zamanı göstərdikləri şücaətdə özünü göstərdi. Gənclərin böyük bir hissəsi könüllü olaraq cəbhəyə yazıldı və döyüşlərə qatıldılar. Vətən müharibəsi Azərbaycan gənclərinin vətənə olan sevgisini yalnız silah vasitəsilə deyil, həm də psixoloji və mənəvi dəstək göstərməklə ortaya qoydu. Müharibə dövründə sosial media vasitəsilə müxtəlif platformalarda gənclər həm informasiya müharibəsinə qoşularaq düşmənin çaşdırıcı ağ yalan informasiyalarına qarşı mübarizə apardılar, həm də döyüşçülərimizə və xalqımıza dəstək xarakterli aktiv fəalliyətlər göstərdilər. Xalqın əzmi və gənclərin motivasiyası müharibənin qələbə ilə bitməsinə böyük təsir etdi.
Azərbaycanın gələcəyi gənclərinin gücündə və əzmindədir. 44 günlük müharibə Azərbaycan gənclərinin vətənə olan bağlılığını bir daha sübut edərək öz xalqı və torpaqları üçün hər zaman bütün fədakarlıqlara hazır olduqlarını göstərməklə onlara öz torpaqlarının müdafiəsindəki rolunu dərk etməyə, gələcək nəsillərə bu dəyəri ötürməyə ilham verdi.
Beləliklə, Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir və ölkənin gələcəyinin etibarlı əllərdə olmasını təmin edir.

İlkin əliyev
Yeni Azərbaycan Partiyası Zərdab Rayon təşkilatının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın