19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır.

Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. İqtisadi inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz.Ölkəmizdə cənab Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib.Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Ölkə başçımız  diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir.

Son illərin statistikası dövlət başçısının tapşırıqlarının uğurla yerinə yetirildiyini təsdiqləyir.Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz gündən – günə inkişaf etməkdədir. Azərbaycanın iqtisadi potensialının düzgün istiqamətləndirilməsi, bu sahədə şəffaflığın təminatı görülən işlərin kəmiyyət və keyfiyyət baxımından yüksək həddə çatmasına səbəb olmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin şəxsən özünün bölgələrə səfərlər etməsi, bu səfərlər zamanı çoxsaylı təməlqoymalar və açılışlar həyata keçirməsi, işlərlərin gedişi, layihələrin icrası ilə birbaşa özünün maraqlanması uğurlu nəticələrin əsas mənbəyidir.İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir.

Regionlarda aparılan sosial-iqtisadi siyasətin nəticəsidir ki, kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ildə daha böyük templə davam edir.Dövlət proqramında nəzərdə tutulan yenidənqurma işləri turizmə müsbət təsir göstərən amillərdəndir. Bu tədbirlər ümumilikdə sahibkarlığın inkişafına, yeni otellərin açılmasına, mədəni-kütləvi, istirahət obyektlərinin sayının artmasına şərait yaradır. Bu da özlüyündə artıq turistlərin təkcə paytaxta deyil, bölgələrə də üz tutmasını şərtləndirir. Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı əsas prioritetlərdən biri olmuşdur. Bölgələrdə turizm ehtiyatlarının genişləndirilməsi, turizm istirahət mərkəzlərinin və onların müasir standartlara uyğunlaşdırılması, turizmin inkişafı ilə bağlı layihələrin icrası uğurla davam etdirilməkdədir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi- Səidə Tağıyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın