14.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur

İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi öz memarlıq-konstruktiv formasına görə seçilirdi. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşirdi. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin məzarı yerləşirdi.  Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkərə çayı yuyub aparmışdır. Məmmədbəyli kəndindəki türbə səkkizbucaqlı şəklində tikilib və yuxarısı piramidalı günbəzlə tamamlanırdı. Divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənmişdir. Türbənin sərdabə hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə olurdu. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilmişdir. Kitabədəki mətnə görə, bu, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsi olduğunu bildirirmiş.  Zəngilan rayonunda işğaldan əvvəl 8 tarixi dini abidələr, 19 ziyarətgahlar, 17 tarixi memarlıq adidələri olmuş, rayonun təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidələr talan olunmuşdur.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı –Ehtiram Osmanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın