21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

9 noyabr- Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram

9 noyabr- Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram

9 noyabr- Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram.

Azərbaycan xalqının bayraq sevgisi sonsuzdur. Hər bir vətəndaşımız bayrağımıza ehtiram göstərməyi özünə müqəddəs borc sayır. Bayrağımız ölkəmizin hər yerində vüqarla dalğalanır. Üzvü olduğumuz beynəlxalq təşkilatların binalarının qarşısında dalğalanan bayrağımız müstəqil dövlətimizin varlığını dünyaya çatdırır. Bayrağımız mühüm tədbirlər, mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda qaldırılaraq müstəqilliyimizi və milli birliyimizi təcəssüm. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızın dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərdiyi böyük ehtiram, bu məqsədlə həyata keçirilən tədbirlər ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amillərdir. Dövlət Bayrağı Gününün təsis edilməsi bu istiqamətdə Azərbaycan Prezidentinin verdiyi ən mühüm tarixi qərarlardan biridir. Dövlət rəmzinə hörmət hər bir vətəndaşın ən ali borcudur. Bu məsələ Konstitutiyamızda da öz əksini tapb. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş  dövlət rəmzlərimizə – bayrağımıza, gerbimizə və himnimizə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Dövlət Bayrağımız hər bir vətəndaşımızın milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.. Prezident İlham Əliyev bayrağımızı eşidilən səsimiz, duyulan nəfəsimiz adlandırıb: “Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

 

 

Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyevin önəmli təşəbbüsü.

SSRİ adlanan superdövlətin yaşadığı, sovet təhlükəsizlik orqanlarının mövcud olduğu bir zamanda dövlət müstəqilliyi üçün ən zəruri faktorlardan biri olan dövlət bayrağının dəyişdirilməsi məsələsinin gündəliyə daxil edilməsi Heydər Əliyev şücaətinin və qətiyyətinin əməli ifadəsiydi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin binası üzərində dalğalanan sovet bayrağının endirilməsi ağlasığmaz tarixi hadisə idi. Naxçıvan Muxtar Respublikasında sovet bayrağının dövlət iqamətgahının üzərindən götürülməsi SSRİ-nin çökəcəyinin birinci anonsu olmuşdu. Bu, Heydər Əliyevin sovet dövlətinin dağılmasına vurduğu ölümcül zərbənin gerçək ifadəsi idi. O zamana qədər keçmiş SSRİ-nin heç bir müttəfiq respublikasında sovet dövlət bayrağının endirilməsi hadisəsi baş verməmişdi. Məhz Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi sayəsində SSRİ-nin dağıdılmasının əsasını qoyan sovet bayrağının ləğv edilməsi hadisəsi ilk dəfə Naxçıvan Muxtar Respublikasında baş verdi. Bununla nəinki Azərbaycanda, geniş mənada SSRİ-də sovet dövlətinin sarsılmaz bir ittifaqdan ibarət olması haqqındakı mif dağıdıldı.

Yeni dövlət bayrağı seçimi məsələsində mühüm cəhətlərdən biri sovet bayrağının hansı qaydada yeniləşdirilməsi ilə əlaqədardır. Çünki bu məqamda daha çox sovet dövlət bayrağının üzərindəki sosialist sistemini rəmzləşdirən oraq və çəkic atributlarından imtina etmək ön mövqedə dayanırdı. 17 noyabr 1990-cı il sessiyasında  Naxçıvan MSSR anlayışında dəyişiklik edilərkən də “Sovet Sosialist” sözlərindən imtina olunmuşdu. Bayraq məsələsində sovet dövrünün simvolikası olan oraq və çəkici çox asanlıqla qılınc və qələmlə əvəz etməklə  məsələni nisbətən yumşaq formada həll etmək mümkün idi. Bu, sovet hakimiyyətinin özünə düşmən elan etdiyi və 70 il ərzində əleyhinə mübarizə apardığı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını qəbul etməklə müqayisədə nisbətən daha ağrısız ötüşə bilərdi. Bundan başqa, SSRİ adlanan dövlət sovet hakimiyyəti illərində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli bayrağı nəinki çoxdan hər yerdən yığışdırmış, büsbütün unutdurmuş, yaddaşlardan silmişdi. Bütün bunlara baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev sovet bayrağının atributlarının dəyişdirilməsinə yox, SSRİ bayrağından tam imtina edilməsinə qərar vermişdi: “Hələ sovet sosialist sisteminin yaşamaqda davam etdiyi çətin və mürəkkəb tarixi bir şəraitdə Heydər Əliyevin iradəsi ilə sovet bayrağının Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli Azərbaycan bayrağı ilə əvəz olunması bütövlükdə mövcud siyasi sistemdən imtina edilməsi demək idi. Hələ SSR-nin yaşadığı, Heydər Əliyevin Siyasi Bürodakı əleyhdarlarının ən yüksək dövlət vəzifələrində fəaliyyətlərini davam etdirdikləri bir şəraitdə uzaqgörən dövlət xadiminin böyük cəsarətlə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağının üzərində kosmetik dəyişikliklər etmək yolu ilə getməyərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağını qəbul etmək haqqında qərar qəbul etməsi müstəqil dövlətçilik tariximizin mühüm və nadir tarixi hadisəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarın Ali Məclisin sessiyasında görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən elan olunması sadə xalq deputatının Azərbaycan xalqının lideri qismində çıxış etməsinin real göstəricisi idi”.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı      Ehtiram Osmanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın