15.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Payız-qış mövsümünə hazırlıqla bağlı Salyanda görülən işlər-VİDEO

Payız-qış mövsümünə hazırlıqla bağlı Salyanda görülən işlər-VİDEO

Qanunla.Az xəbər verir ki, Salyan RQİİ üzrə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq Salyan şəhəri, “Salyan 104” QTM-də pərakəndə şəkildə çəkilmiş daşıyıcı qaz kəmərlərinin bir mənbəyə gətirilməsi işləri başa çatdırılıb. “Bəydili”, “Şorsulu” və “Təzəkənd-Kürsəngi” QPS-lərdən Salyan şəhərini qidalandıran daşıyıcı qaz kəmərləri yeni quraşdırılaraq diametri 530 mm kollektora birləşdirilib.

Payız-qış mövsümünə hazırlıq məqsədilə “Təzəkənd” QPS-dən qidalanan daşıyıcı qaz kəmərləri yeni quraşdırılaraq diametri 530 mm kollektora birləşdirilib. Bütün avadanlıqlar tikinti norma qaydalarına uyğun təyinatı üzrə qaz kəmərlərinin üzərinə köçürülüb.

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın