03.12.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası

İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası

İşğaldan azad olunmuş ərazilərin logistik əhəmiyyətini artıran yeni yolların inşası

Erməni faşizminin 30 il ərzində xarabalığa çevirdiyi torpaqlarımızda aparılan bərpa və yenidənqurma prosesi illərlə yağmalanıb dağıdılan, viran qoyulan yurd yerlərimizə yeni nəfəs gətirib. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlardan biri məhz yeni yolların çəkilişinə başlanmasıdır. Çünki yollar olmadan normal sosial və iqtisadi sistem qurmaq mümkünsüzdür.
Uzun illər işğal altında olan torpaqlar azad olunduqdan dərhal sonra Ölkə Başçısının qərarlarına əsasən regionda böyük bərpa, quruculuq işlərinə start verilib. İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə geri qayıtmağı təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq mümkün deyil. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır. İşğaldan azad edilən ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrin sayı da kifayət qədər çoxdur. Bu bölgələrdən çəkilən yollar isə digər şəhər və kəndlərimizin yollarına qovuşaraq bütöv Azərbaycanımızın daha sürətli inkişafına misilsiz töhfələr verəcəklər.

Zərdab Rayon Gənclər və İdman idarəsiəməkdaşı-Məleykə Hümbətova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın