18.10.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir

Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir

Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir.

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.m Açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha Azərbaycanın enerji sahəsində qazandığı uğurların xronologiyasını təqdim edib. Bir mühüm məqam diqqətə çatdırıldı ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır.

Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Cənab Prezident İlham Əliyev fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu məqamı diqqətə çatdırdı ki, stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətləri və “Made in Italy” naziri iştirak edir. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, bu işlər xarici əməkdaşlıq çərçivəsində görüləcək. Onu da qeyd edək ki, Prezident İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Son illərdə ölkəmizdə energetika sahəsində çox önəmli addımlar atılıb. Bu addımlardan bəhs edərkən təkcə ötən ildə bu sahədə görülən işlərə diqqət yetirmək kifayətdir. Belə ki, 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında isə “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Cənab Prezident İlham Əliyevin daim bu çağırışı səsləndirir ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir.

Stansiyanın qısa zaman kəsiyində, 2025-ci ildə açılışının nəzərdə tutulması da ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. “Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Mingəçevir hazırda elektroenergetika sahəsində əsas şəhərimizdir. Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb. Reallıq budur ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

Sözügedən stansiyanın təməlinin qoyulması ilə Mingəçevir şəhərinin nəinki Azərbaycanın, eyni zamanda, bütöv ölkənin enerjiyə olan ehtiyacının böyük hissəsini ödəmiş olacaq. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Ümumiyyətlə bu sahədə zəngin təcrübə qazanan ölkəmizə artan maraq atılan addımlarda özünün aydın ifadəsini tapır.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın