Heydər Əliyev ideyalarına sadiqlik Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir
Heydər Əliyev ideyalarına sadiqlik Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir
Bu gün Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində əhəmiyyətli işlər görülür. Həmçinin, Ulu öndər Heydər Əliyevin ideyaları milli inkişafımızın əsas amili qismində çıxış edir. Ümumiyyətlə, Heydər Əliyev irsinin Azərbaycanın hazırkı və perspektiv inkişafı kontekstində öyrənilməsi və təbliğinin əhəmiyyətini necə dəyərləndirirsiniz?
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu gün müstəqil Azərbaycan Respublikası Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Şübhəsiz, bu kontekstdə Heydər Əliyev irsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün Heydər Əliyev irsi geniş miqyasda öyrənilir və təbliğ olunur. Bu, həm də Azərbaycanın hazırkı və perspektiv inkişafına mühüm fundamental töhfədir.
Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir. Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycan, eləcə də ölkəmizin dünyada özünə layiqli yer tutması deməkdir. Əgər Azərbaycan bütün bu hədəflərə çatıbsa, qarşıya qoyduğu məqsədləri yerinə yetirə bilibsə, yüksək ideallar uğrunda apardığı mübarizə çox əhəmiyyətli uğurlar silsiləsinin yaranması ilə nəticələnibsə, deməli, Heydər Əliyevin ideyaları layiqincə yerinə yetirilib, real həyatda öz təcəssümünü tapıb.
Heydər Əliyevin ideyaları Azərbaycanın gələcəyi ilə bağlıdır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu ideyalar indi ləyaqətlə və layiqincə həyata keçirilir. Azərbaycan xalqı birmənalı şəkildə 2003-cü il prezident seçkilərində Heydər Əliyevin ideyalarını dəstəklədi. Bu dəstək vətəndaşların prezident seçkilərində Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə verilən səslərdə təcəssümünü tapdı. 2008-ci və 2013-cü il prezident seçkilərində də Prezident İlham Əliyevin seçicilər tərəfindən dəstəklənməsinin çox ciddi əsaslarından biri xalqın Heydər Əliyev ideyalarına inamı olub. Beləliklə də, 2003-cü ildən bu yana Azərbaycan xalqı Heydər Əliyevin ideyalarına nəinki dərin sədaqətini ifadə edir, həmçinin bu sədaqətin ölkəmizin dinamik inkişafında təcəssümünü tapması üçün hər bir fədakarlığı da nümayiş etdirir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında, Onun müəyyənləşdirdiyi konsepsiyaya uyğun olaraq inamla inkişaf edir. Azərbaycan Prezidenti, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, partiyamızın Sədri cənab İlham Əliyev ölkəmizin sosial-iqtisadi yüksəlişini, eləcə də dövlətimizin milli maraqlarını təmin etməklə, beynəlxalq nüfuzunu artırmaqla Ulu öndərin ideyalarını yaşadır.
Cənab İlham Əliyevin 2003-cü ildə birinci dəfə Prezident seçildiyi gündən indiyə qədər biz ölkəmizdə hər addımbaşı Heydər Əliyev ideyalarına sədaqəti müşahidə edirik. Bu sədaqətin nəticəsi Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı