Region Qaz İstismarı İdarələrinin rəislərinin icra başçıları ilə görüşləri davam edir
SOCAR “Azəriqaz” İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin başçıları ilə görüşləri keçirilir.
Qanunla.Az xəbər verir ki, məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən Ağsu Regional Qaz İstismarı İdarəsinin rəisinin regionda yerləşən İcra Hakimiyyətlərinin başçıları ilə görüşləri baş tutub.
Keçirilən görüşlər zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.