Danaçı kəndinin sakinləri qaz təchizatı ilə bağlı müraciətlərini ünvanladı-FOTO
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Zaqatala rayonunda təşkil olunub.
Qanunla.Az xəbər verir ki, Danaçı kəndində keçirilən aksiyaya ümumilikdə 10 nəfər qatılıb. Mikrofon önünə çıxan vətəndaşlar isə küçə qaz xəttinin çəkilməsi və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciətlərini ünvanlayıblar. Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilərək həlli istiqamətində addımların atılacağını bildiriblər.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın