Erməni vəhşiliyinin qurbanı olmuş soydaşlarımızı unutmadıq, unutmarıq-Millət vəkili Elnur Allahverdiyev
Millət vəkili Elnur Allahverdiyev bu gün Quba şəhərində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə keçirilən 31 mart – Azərbaycanlıların soyqırımına həsr olunmuş “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” adlı elmi-praktik konfransda iştirak edib.
Millət vəkili Qanunla.Az-a bildirib ki,Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsinin önünə gül dəstələri qoyulduqdan sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdikdən sonra konfrans öz işinə başlayıb.
Tədbiri Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açaraq 31 mart tarixinin xalqımızın tarixində və qan yaddaşında xüsusi əhəmiyyətə malik olduğunu bildirdi. T.Budaqov vurğuladı ki, bu günün müasir tariximizdə əks olunması Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. 200 ildən artıq müddətdə ermənilərin soyqırımı siyasətini həyata keçirməsi nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib. Bu qətliamlara vaxtında tarixi-siyasi qiymətin verilməməsi ermənilərin bu cinayətləri davam etdirmələrinə şərait yaradıb. Yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymətin verilməsi, eləcə də dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində dünya baş verən hadisələrə düzgün qiymət verməyə başladı. Təbii ki, bu proseslərdə Heydər Əliyev yolunun müzəffər davamçısı, Prezident İlham Əliyevin siyasətini xüsusi qeyd etmək lazımdır. Elə bir beynəlxalq tədbir yoxdur ki, Prezident İlham Əliyev bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmasın.
Soyqırımı hadisələrinin qan yaddaşımıza həkk olunduğunu deyən T.Budaqovun sözlərinə görə, erməni cinayətlərinin daim ifşa edilməsi, bu cinayətlərə beynəlxalq aləm tərəfindən qiymət verilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir. Biz qürurla deyə bilərik ki, erməni vandalizminin qurbanlarının, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycanın rəşadətli Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi, tarixi ədalətin bərpa olunması istiqamətində möhtəşəm Zəfər yolu keçdi.
Azərbaycan xalqı bu müharibədə öz böyüklüyünü bir daha nümayiş etdirdi. Ermənilərin xalqımıza qarşı kütləvi qırğınlarına, cinayətlərinə baxmayaraq, Ordumuz 44 günlük müharibədə dinc erməni əhalisini, mülki obyektləri hədəfə almadı, yalnız hərbi hədəfləri məhv etdi.
Sonra Quba şəhər İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Anar İsgəndərov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü, ziyalılarımız 31 mart – Azərbaycanlıların soyqırımı gününə dair çıxışlar etdilər.
Erməni vəhşiliyinin qurbanı olmuş soydaşlarımızı unutmadıq, unutmarıq!
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər
Şərh yazın