02.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir

Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir

Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir.

Ölkəmizdə makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir.

Bu sözləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Dövlət başçısı deyib ki, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində, təbii ki, Azərbaycan vətəndaşı dayanır: “Çünki makroiqtisadi sabitlik, təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsindədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”.

Bəzi opponentlər deyir ki, manatın məzənnəsini sonadək belə saxlamaq mümkün olmayacaq, sonda bu, iqtisadiyyata ziyan vuracaq, indidən kurs sərbəst buraxılmalıdır və s. Ancaq prezident dedi ki, biz bu modeli saxlayacağıq. Sözügedən məsələdə Prezident opponentlər üzərində hansı arqument üstünlüklərinə malikdir?

“Makroiqtisadi stabilliyin davam etdirilməsi, möhkəmlənməsi baxımından bu siyasət tamamilə doğrudur”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Manatın məzənnəsinin son 6 ildə dəyişməməsi yalnız makroiqtisadi sabitlik baxımından deyil, həm də sosial təminat baxımından vacibdir. Çünki manatın məzənnəsinin dəyişməsi zamanı, yəni devalvasiya baş verən il ölkəyə idxal olunan məhsulların qiyməti kəskin bahalaşmağa başladı. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi fonunda biz istehlak bazarında qiymət artımları müşahidə etdik. Bu kontekstdə manatın məzənnəsinin stabil saxlanılması vacib idi. Çünki manatın məzənnəsində də azalmalar olsaydı, o zaman biz daha yüksək qiymət artımları ilə qarşılaşa bilərdik. Eyni zamanda bu siyasət imkan verir ki, 2023-cü ilin sonuna doğru rəsmi inflyasiya səviyyəsinin birrəqəmli həddə qədər endirilməsi mümkün olsun. Ona görə də manatın məzənnəsinin stabil saxlanılması, infilyasiyaya qarşı mübarizə tədbirləri biznes üçün öz investisiyalarını proqnozlaşdırmaq aspektindən də vacib idi. Makroiqtisadi stabilliyin davam etdirilməsi, möhkəmlənməsi baxımından bu siyast tamamilə doğrudur. Çünki bir sıra məsələlər manatın məzənnəsinin qorunub saxlanmasını zəruri edir. Üstəlik bu, ölkədəki iqtisadi və sosial vəziyyətə müsbət təsir edir. Ona görə də Azərbaycan bu istiqamətdə mümkün alət və imkanlardan istifadə etməklə makroiqtisadi stabilliyin daha da gücləndirilməsinə növbəti mərhələdə çalışacaq. O üzdən aparılan bu iqtisadi siyasəti düzgün hesab edirəm”.

 

Əsmər Əliyeva

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın