17.05.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Naxçıvan Azərbaycanın qədim diyarıdır

Naxçıvan Azərbaycanın qədim diyarıdır

Naxçıvan Azərbaycanın qədim diyarıdır

Naxçıvan Azərbaycanın ən qədim diyarı olduğu kimi, həm də ən yeni, ən müasir diyarıdır. Tarixi yaddaşımızı təzələyib ümumiyyətlə bəşər sivilizasiyasının keçmişinə nəzər salsaq, ən erkən tarixi mərhələlərdə də yenə Naxçıvanın bir mərkəzi coğrafiya kimi qarşımıza çıxdığını görərik. Tarixin xatırladığı mədəniyyət və dövlətçilik ənənələrinin kökü beş min il öncəyə gedib çıxır. Təqribən elə beş min il öncə də bütün tarixi qaynaqlarda bu və ya digər şəkildə Naxçıvanın adı çəkilir. Əgər biz bu qaynaqların ayrı-ayrı coğrafiyalarda yerləşən mənbələrinə diqqət yetirsək, görəcəyik ki, bu, çox geniş, çoxşaxəli bir siyasi coğrafiyanı əhatə edir.

Naxçıvan başdan-başa tarixdir. Tarix isə milli yaddaşdır. Tarixi yaddaş milli yaddaşın ən əsas komponentlərindən biridir. Belə bir fikir var ki, öz tarixini, tarixi faciələrini unudanlar onu yenidən yaşamağa məhkumdurlar.

Əgər kim yenidən özünə qayıtmaq, milli yaddaşını təzələmək istəyirsə, kim bölünmüş Azərbaycanın faciəsini bir daha dərk etmək istəyirsə, mütləq Naxçıvana getsin. Naxçıvana gedəndə insan özünə qayıdır. Naxçıvan torpaqlarından baxanda Azərbaycanın tarixi faciəsi və onun miqyası daha dəqiq və geniş görünür. ,daha aydın dərk edilir.

Ermənilər XX əsrin əvvəllərində bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş və orada yaşayan əhalinin soyqırımını təşkil etmişlər. Ermənilər Naxçıvan ərazisində başdan-başa azərbaycanlılara qarşı elan olunmamış müharibə aparmış, böyük insan təlafatına və dağıntılara səbəb olmuşlar. Öz qeyri-insani hərəkətlərilə İrəvandan da yardım alan  ermənilər işi o yerə çatdırmışdılar ki, hətta Naxçıvan şəhərinin özündə belə, aylarla və illərlə cinayətlər davam etmiş və şəhər dəfələrlə top atəşinə tutulmuşdur. Ümumiyyətlə, Naxçıvanın bütün ərazisində Sədərəkdən tutmuş Əylisə – Ordubada qədər    ermənilər bütün cəbhələrdən hücuma keçmiş, minlərlə azərbaycanlını öldürmüş, yüzlərlə kəndi dağıtmış, əkin yerlərini, tarlaları sıradan çıxarmışlar.

Qanunsuz şəkildə mənfur ermənilər tərəfindən  torpaqlarımız işğal olunmuş və 30 il düşmən tapdağı altında qalmışdır.Bu zaman Azərbaycanın əzəli diyarı olan Naxçıvanlada əlaqə kəsilmişdir. Böyük fərəh hissi ilə qeyd etməliyik ki, bu gün biz  torpaqlarımızı işğaldan azad etdik.

2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq Naxçıvanı blokadadan çıxarmaq üçün mənfur düşməni kommunikasiya əlaqələrinin bərpası barədə razılaşma imzalamağa məcbur edə bildi. Cənab Prezident İlham Əliyevin iradəsi sayəsində Azərbaycan uzun illərdən sonra Naxçıvanla quru yolla əlaqə yaratmağa nail olacaq.Naxçıvandan Azərbaycana birbaşa quru yolun bərpası Türkiyədən Azərbaycana birbaşa yeni bir dəhlizin açılması deməkdir. Bu da həmin dəhliz boyunca yerləşən ərazilərin, o cümlədən Qarabağda turizmin inkişafı üçün böyük imkanlar yaradacaq.

 Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər

 İkinci Qarabağ müharibəsindən qalib çıxmağımız tarixə qızıl hərflərlə həkk oldu. Bu müharibə də Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.

Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir.

Bu gün Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas məsələlərdən biridir. Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq ,soyğunçuluq,barbarlıqla məşğul olublar. Biz  öz torpaqlarımızın əsas sahibləri olaraq yurdumuza  geri dönmüşük. Bu gün əsas məqsədlərdən biri işğaldan azad edilmiş bölgələrimizdə infrastrukturu yenidən yaratmaqdır. Ona görə müharibə başa çatan kimi dərhal bərpa işlərinə start verilmişdir.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzura xüsusi diqqət yetirməklə bütün ölkə ərazisində bərpa olunan enerji layihələrinin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə başlayıb. Ölkəmizin torpaqları erməni işğalından azad edildikdən sonra hökumət 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin 30 faiz payına nail olunacaq.
Eyni zamanda, Avropaya “yaşıl” elektrik enerjisi ixrac etmək niyyəti dəfələrlə ifadə edilib və bununla bağlı bir neçə plan təqdim edilib. Yeni dəhlizlərin işə salınması Azərbaycana bərpa olunan enerji mənbələrini Avropa İttifaqı ölkələrinə və dünyanın digər hissələrinə sərbəst ixrac etməyə imkan verəcək ki, bu da öz növbəsində ixracın böyük həcmini nəzərə alaraq, ölkənin qlobal ticarət əhatəsini və bazar dəyərini artıracaq.
Zəngin neft və qaz ehtiyatlarına malik Azərbaycan həm də bərpa olunan enerji sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyub. 2020-ci ildə tarixi torpaqlarını erməni işğalından azad edən Azərbaycan onların sıfır emissiya zonası kimi bərpa ediləcəyini açıqlayıb. Eyni zamanda, günəş enerjisi, külək enerjisi və hidroenergetika sahəsində yüksək potensialla yanaşı, dəniz külək enerjisində də böyük potensial var və hidrogen istehsalı imkanları qiymətləndirilir. Bütün bunlar beynəlxalq tərəfdaşları maraqlandırır. Beləliklə, Azərbaycan alternativ enerjidən istifadəni genişləndirməklə öz tərəfdaşlarına uzunmüddətli tədarükləri təmin etməyə çalışır.

O cümlədən Naxçıvanda da həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Qələbə tariximizin parlaq səhifəsi

Ermənilərin törətdikləri terror əməliyyatları nəticəsində  sentyabrın 19-da  Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak oldu. Dəfələrlə hərbi qulluqçularımızın həlak olması və yaralanması kimi faktlar  Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.

Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıqlarını bütün dünyaya sübut edərək  qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmiş, hərbi texnikaları isə sıradan çıxarılmışdır.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Ermənistan  Azərbaycan ordusunun gücünü ikinci dəfə görəcək.

24 saat ərzindəhəyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Şuşa Bəyannaməsi

 İkinci Qarabağ savaşındakı 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizlə ölkəmiz ərazi bütövlüyünü təmin etməklə  yanaşı, həm də regionda yeni reallıq yaratdı. Bu yeni reallıq regionda sülhün və əməkdaşlığın dərinləşdirilməsinə şərait yaratdı. Qafqaz regionu iki qardaş ölkənin Prezidentlərinin təklif etdiyi altılıq platformada əməkdaşlıq edərək inkişaf  etmək imkanlarını əldə etmişdir. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Qafqaz regionun dünya üçün əhəmiyyətini artırır. Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi bu əməkdaşlıq imkanlarının realizə olunmasına yol açır. Şuşa Bəyannaməsi öz əhəmiyyətinə görə region ölkələrinin , o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət edir.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyənnaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqlikərini rəsmi şəkildə elan etdi. Azərbaycanın və Türkiyənin Rəhbərləri tərəfindən imzalanmış Şuşa Bəyənnaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Şuşa Bəyənnaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer olacağını beynəlxalq ictimayətin diqqətinə çatdırdı.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə siyasi, iqtisadi, ticari əlaqələr, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesindəki əməkdaşlıq, hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi və s. mühüm məsələlər öz əksini tapıb

Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə imzalanmış Bəyannamə   bölgənin geosiyasi mənzərəsini dəyişəcək mühüm faktordur. Ən əsas məsələ bu Bəyənnamə region üçün yeni tarixi gerçəklik və Azərbaycan və Türkiyə qardaşlığının bütün dünyaya bildirən bir mesajdır.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi.

Şübhəsiz ki, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyənin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsidir. Müharibənin başladığı gündən etibarən başda qardaş ölkə ictimaiyyəti Azərbaycanın haqlı və ədalətli mövqeyini  müdafiə etdi, həm reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, həm də erməni yalanlarının ifşasında yüksək fəallıq nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif tribunalardan Azərbaycanın haqq işinə prinsipial dəstəyini ifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini obyektiv gerçəkliklərə, tarixi, siyasi və mənəvi həqiqətlərə yönəltdi. Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə milli-strateji və prinsipial  məsələlərdə güclü dəstək nümayiş etdirir.  Ümumiyyətlə, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki qardaş ölkənin birgə təşəbbüsləri regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir.

Sirr deyil ki, bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları bu əlaqələri daha da möhkəmləndirir. Eyni zamanda, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istərsə də humanitar sahədə birgə reallaşdırdığımız layihələr, birlikdə atılan addımlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələr təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə və dünya üçün də mühüm əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün də başlıca şərtdir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bunun təcəssümüdür.

Fərəh və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb.  Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı tarixi bağlara malik olmağımız ölkələrimizi daha da yaxınlaşdırır və xalqlarımızın sevincli, kədərli günlərdə hər zaman bir-birinin yanında olmalarını şərtləndirir.

Şəhla Xəlilova – Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın