28.04.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq

İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq

İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq.

Azərbaycanda XI Bakı Qlobal Forumunun keçirilməsi ölkəmizin qlobal problemlərin müzakirə olunduğu ölkə kimi statusunu gücləndirir. Məlumdur ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. XI Forumda 70-dən çox ölkədən 350-dən çox qonağın iştirak etməsi də bu faktı təsdiqləyir. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılır, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur.Eləcə də,  dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulur. XI Qlobal Bakı Forumu da beynəlxalq birliyi düşündürən çox aktual mövzuya həsr olunub. “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunmuş Forumda çıxış edən dünyanın nüfuzlu ictimai-siyasi xadimləri çıxış edərək problemlərdən çıxış yolları üçün öz  fikir və təkliflərini bölüşürlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Dövlətimizin başçısıının dediyi kimi, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirmişik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi. Cənab Prezident bir daha sülhə çox yaxın olduğumuzu bəyan etdi. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və sülhə nail olmaq mümkündür. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Beynəlxalq ictimaiyyət regionda sülhün bərqərar olmasını dəstəkləyir. Lakin Fransa beynəlxalq hüquqa zidd olaraq Azərbaycana qarşı qərəzli kampaniya aparır.Dövlətimizin başçısı bu məqamı xüsusi vurğuladı.

Cəvahir Murtuzayeva – Zərdab Gənclər evinin psixoloqu

 

 

 “İkili standartlar” siyasətinin təzahürü.

Cari ilin 14 mart tarixində  “Parçalanmış dünyanın bərpası” mövzusunda öz işinə başlayan XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonağın, o cümlədən müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etmələri Azərbaycan Respublikasının və əlbəttə ki, Prezident İlham Əliyevin iradəsinə, humanistliyinə olan etimadın bariz nümunəsidir. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti dünyamızın sürətlə dəyişdiyini vurğulayaraq hər bir bölgədə baş verən lokal hadisələrin regionlaşdığını, regional hadisələrin isə qloballaşdığını iştirakçıların diqqətinə çatdırdı. Belə ki, 2020-ci ildə Azərbaycanın Zəfər çaldığı 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi, daha sonra 2023-cü ildə həyata keçirilən 1 sutkalıq lokal xarakterli antiterror əməliyyatları təkcə Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmədi, eyni zamanda qlobal arenada həlli mümkünsüz kimi görünən münaqişələrin necə həll ola biləcəyini ortaya qoydu. Son üç ildə Azərbaycanın Ermənistanın altı milyard ABŞ dollarına yaxın ağır texnika, zirehli maşınlar da daxil olmaqla hərbi sursatını məhv etməsi və ya hərbi qənimət kimi ələ keçirməsi (beş milyard ABŞ dolları 2020-ci ildə və bir milyard ABŞ dolları 2023-cü ildə) bu silahların bundan sonra müharibəyə, dinc əhaliyə yönəlməsinin qarşısını alacaq və bu nəinki regionda, eyni zamanda bütün dünyada sülhün əldə olunmasına töhfə olacaqdır. Tədbirdə həmçinin qeyd edilib ki, Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirib ki: “Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”. Sonuncu Qlobal Forumdan sonra dünyada və regionda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişiklik isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olmuşdur.

Ölkə başçısının XI Qlobal Bakı Forumunda çıxışı, səsləndirdiyi fikirlər bir daha mövcud yanaşmaların nizamlanmasına, bütün dünya xalqlarının maraqlarının nəzərə alınmasına, dayanıqlı sülh sisteminin təşkili işinə növbəti çağırış, Azərbaycanın dünyada təhlükəsizlik və əmin-amanlığın carçısı olduğunun əyani sübutudur. Qlobal Forumda Ermənistanın əsas havadarlarından olan Fransanın da regionda və ondan kənarlarda yürütdüyü siyasət tənqid edilib.Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir.1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.

Sevil Məmmədzadə-Zərdab Gənclər evinin dərnək rəhbəri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın